Ümumdünya Heyvanların Mühafizəsi təşkilatı erməni quldurların itlərdən terror aktı üçün istifadəsini pisləyib

Ümumdünya Heyvanların Mühafizəsi təşkilatı erməni quldurların itlərdən terror aktı üçün istifadəsini pisləyibÜmumdünya Heyvanların Mühafizəsi təşkilatı erməni silahlılarının itlərdən terror aktı üçün istifadəsini pisləyib.
Təşkilat bunu insanlığa sığmayan vəhşilik adlandırıb.
"Günahsız bir heyvandan terror aktı kimi istifadə edilməsi əxlaqsızlıqdır, qeyri-etikdir və bu itin həyatına, eləcə də insan həyatına nə qədər az dəyər verildiyini göstərir. Səssiz, müdafiəsiz heyvanlardan istifadə iyrəncdir. Biz bu məsələni Beynəlxalq Heyvanların İdarə Olunması (ICAM) koalisiyası və itlərin rifahına diqqət yetirən digər xeyriyyə təşkilatları ilə birlikdə qaldırdıq", - Ümumdünya Heyvanların Mühafizəsinin yaydığı məlumatda deyilir.
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyi Ümumdünya Heyvanların Mühafizəsi təşkilatının Böyük Britanıyanın paytaxtı London şəhərində yerləşən ofisinə müraciət ünvanlayıb. Müraciətdə təşkilatdan erməni silahlılarının Azərbaycana qarşı terror aktında itlərdən istifadə cəhdlərinə reaksiya verilməsi istənilib.
Xatırladaq ki, sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər. / azxeber.com

Siyasi       Tarix: 19 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Trampdan İrana xəbərdarlıq: Çox ciddi yanaşırıq

Hər hansı bir hücum olacağı təqdirdə, İran heç bir ölkənin indiyədək ödəmədiyi qədər ağır bədəl ödəyəcək. KONKET.azxəbər verir ki, Tramp bu barədə Filippinin paytaxtı Manilada ASEAN sammiti çərçivəsində jurnalistlərin sualların

Çin liderindən Trampa Tayvanla bağlı XƏBƏRDARLIQ

Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla görüşündə ona Tayvanla bağlı xəbərdarlıq edib. " xəbər verir ki, Si Cinpin Tayvan mövzusunda ABŞ-ın "doğru iş görərək, ikitərəfli əlaqələrd

"Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?"

"Əliyevin sülhü" deyirlər (müxalifəti nəzərdə tutur – red. Gəlin sülhün necə qurulduğuna nəzər salaq. Sülh müqaviləsi imzalanmalıdır, onu kim imzalayacaq? İndi böyük bir sürpriz, milli rüsvayçılıq, sui-qəsd ifşas

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

Vyetnam mediası Prezident İlham Əliyevin Hanoya noyabrın 19-da başlayan səfərinə böyük diqqət ayırıb. xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasını

Trampdan İran açıqlaması: Yanvarın 1-dən sonra

Qarşıdan yeni il gəlir və yanvarın 1-dən sonra onlar (İran-red) nə olacağını görəcəklər. xəbər verir ki, bunu "Foks Nyus" telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barəd

Paşinyan: 'Sabah TRIPP layihəsinin işə salınmasını rəsmən elan edəcəyik

Noyabrın 22-də Ermənistan rəhbərliyi TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu, Zəngəzur dəhlizi - red.) layihəsinin icrasına başlanıldığını elan edəcək.  Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barəd

Yoxsulluğa necə qalib gəlmək olar? Platonun fəlsəfəsindən "hərbi kommunizm"ə, oradan da dünya inqilabının dilinə

Bir dəfə sərvətini daim artırmağa çalışan, var-dövlət toplamaqdan ötrü narahatlıq keçirən bir insana qədim yunan filosofu Platon belə cavab vermişdi:. "Ey boş yerə çırpınan insan! Var-dövlətini artırmağa deyil, onu artırma

Paşinyandan müxalifətə sərt hədə: 'Azərbaycanla sülhə mane olursunuz

Ermənistanın baş naziri Nikol Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə maneə adlandırıb və siyasi proseslərin elə istiqamətdə inkişaf edə biləcəyini bildirib ki, müxalifət nümayəndələri artıq qanunverici orqand

Kvrivişvili: Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə etdik

Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycana rəsmi səfəri çərçivəsində iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanları müzakirə etdiklərini bildirib


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az son xeberler bugünkü son xəbərlər xəbərlər şou biznes xəbərləri