Unibank 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb

Unibank 2024-cü ilin maliyyə nəticələrini açıqlayıbUnibank 2024-cü il ərzində müştərilərinə yüksək səviyyədə xidmət göstərməkdə davam edib. Bank aktiv kreditləşməni həyata keçirərək, ölkə iqtisadiyyatına öz töhfəsini verib.
azxeber.com xəbər verir ki, ötən il ərzində "Unibank"ın ümumi kredit portfelinin həcmi 107 milyon manat artıb. Yeni strateji hədəflərində real sektorun inkişafına xüsusi yer ayıran Bankın prioritetlərinə uyğun olaraq, biznes kreditlərinin həcmi ümumi kredit portfelinin tərkibində genişlənməkdə davam edib. 2023-cü ilin analoji dövrü ilə müqayisədə biznes kreditlərinin ümumi kredit portfelində payı 31 dekabr 2024-cü il tarixinə 40 %-ə yaxınlaşıb. 
Ümumilikdə isə biznes kredit portfeli 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 33 % artaraq, 437  milyon manata çatıb. Biznes portfelin tərkibində SME kreditlərinin payında kəskin artım qeydə alınıb. 2024-cü ilin sonuna SME portfelində 63% artım olub. Mikrokreditlərin biznes portfeldə həcmi 23%, hesabat dövründə verilmiş mikro kreditlərin həcmi isə 20 % artıb. Unibank regionlarda və ucqar kəndlərdə mikro sahibkarlara müxtəlif sektorlar üzrə kredit əlçatanlığını artırmaqla, maliyyə inklüzivliyinə və sosial-iqtisafi inkişafa töhfə verməkdədir. Ötən ilin nəticələrinə görə, mikrokreditlər üzrə portfelin 70 %-ə yaxını regionların payına düşür.  
Unibank KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov bildirib ki, ötən il Bank üçün əhəmiyyətli illərdən biri olub: " İl ərzində əldə etdiyimiz maliyyə nəticələri qarşıya qoyduğumuz hədəflərə uyğundur. Həm biznes, həm də pərakəndə müştərilərimizə münasibətdə, fəaliyyətimizin və bankçılıq xidmətlərimizin ESİ (Ekoloji, Sosial və İdarəetmə) prinsiplərinə uyğunluğuna xüsusi diqqət etmişik. Bu sahədəki fəaliyyətimiz Bankın yaşıl iqtisadiyyata,  dayanıqlı maliyyə ekosisteminin dəstəklənməsinə öz töhfəsini verməyə hər zaman hazır olduğunun göstəricisidir. Ötən il Unibankın tarixində yaşıl maliyyələşmə istiqamətində iki mühüm layihəmizlə yadda qaldı. Azərbaycan bazarında ilk dəfə olaraq qabaqcıl beynəlxalq standartlara uyğun, yaşıl istiqraz kimi təsnifatlaşdırıla bilən qiymətli kağızlar buraxdıq. Bu istiqrazlar, yaşıl maliyyələşmənin inkişafına töhfə verməklə, investorlara "dayanıqlı gələcəyə" yatırım etmək imkanı yaradır. Digər bir layihəmiz isə Bakının taksi parkında ekoloji cəhətdən daha təmiz olan hibrid avtomobillərin sayının artmasına maliyyə dəstəyini nəzərdə tutan əməkdaşlıq oldu.
 Bizim üçün çox əlamətdar bir hadisə də ötən il Unibank tərəfindən azad olunmuş ərazilərimizə ilk biznes kreditinin verilməsi oldu. Bu kreditləşmə Sahibkarlığın İnkişafı Fondunun "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək mexanizmi" çərçivəsində həyata keçirilib. Bankın uğurlu biznes layihələrindən olan Leobank layihəsi də 2024-cü ildə çoxsaylı yeniliklərə imza atıb. Bu yeniliklər sırasında Leobank-ın KOS-lar üçün rəqəmsal biznes həlləri, rəqəmsal əmanət məhsulları və xüsusi müştəri seqmenti üçün premium məhsul olan Leo Prime xüsusi yer tutur. Bu məhsullar bazara təqdim edilərək müştəri təcrübəsini yeni səviyyəyə qaldırdı. İndi isə böyük hədəflərlə dolu 2025-2026-cı illər strateji dövrünə qədəm qoyuruq. Qarşıda bizi həm yeni fürsətlər, həm də çağırışlar gözləyir".
2024-cü il bu hədəflərin bir hissəsi olan nağdsız dövriyyənin ciddi artımı ilə də yadda qalıb. İlin sonuna nağdsız əməliyyatların həcmi 39 % artaraq,  12,3 milyard manata keçib. Unibank kartları üzrə nağdsız əməliyyatların sayı isə 2023-cü ilin sonu ilə müqayisədə 44 % artaraq, 361,5 milyonu ötüb. 
2024-cü ilin sonuna "Unibank"ın depozit portfeli 1,2 milyard manatdan çox olub. Ayrıca müddətli depozitlərin həcmində 15 milyon manatlıq artım qeydə alınıb.   
Hesabat dövründə əsas maliyyə göstəricilərində yüksəlmə qeydə alınıb. Dövr ərzində Bankın məcmu gəlirləri 35 milyon manat artıb. Bununla da ötən  ilin sonuna faiz və qeyri-faiz gəlirlərinin cəmi 355 milyon manat təşkil edib. Unibank 2024-cü ili 20,4 milyon manat xalis mənfəətlə başa vurub. Bankın əməliyyat mənfəəti isə 63 milyon manat  olub. 
Dövr ərzində Bankın kapital mövqeyi də xeyli güclənib. Məcmu kapital əvvəlki illə müqayisədə 10 %-dən çox artaraq, 177 milyon manata çatıb. 2024-cü il ərzində Bank kapital adekvatlığını yüksəldib. Belə ki, ilin sonuna bankın kapital adekvatlıq əmsalı artaraq, 13,09  % təşkil edib. Hesabat dövrünün sonuna bankın aktivləri də 11% çoxalaraq, 1 milyard 759 milyon manat olub.
Unibank- Sənin Bankın!

İqtisadiyyat       Tarix: 15 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit

44 gün Azərbaycan xalqının tarixində qürurla xatırlanan günlərdir. Yelo Bank bu münasibətlə Zəfər Gününü müştərilərinə faydalı və yadda qalan bir təklifə çevirir! Noyabr ayının sonunadək rəsmiləşdirilən kreditlər üzrə so

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Business School Bakıda ikincifilialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat vəsahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılardasahibkarlı

Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-da

Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası

Birbank Biznes fərdi sahibkarlar üçün mikro biznes kreditini daha əlçatan və sərfəli edən kampaniyaya start verib. 29 oktyabr – 30 noyabr 2026-cı il tarixlərində Birbank Biznes tətbiqi vasitəsilə krediti başdan-başa onlay

Pensiya alanların nəzərinə - Bu tarixdə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr - Zəfər Günü ərəfəsind

Qırmızı Ürəklər Fondundan "Zəfər Payı" xeyriyyə aksiyası

8 Noyabr – Zəfər Günü münasibətilə Qırmızı Ürəklər Fondu qazilərə və onların ailələrinə dəstək məqsədilə "Zəfər Payı" xeyriyyə aksiyasını həyata keçirir. 2–10 noyabr 2026-cı il tarixlərində davam edəcək təşəbbü

AccessBank tender elan etdi

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü


son xeberler azerbaycan xeberleri yeni xeberler bu gunun xeberleri haqqinda melumat havanın temperaturu xəbərlər cəbhədən son durum