Unibank beynəlxalq fonddan 20 milyon ABŞ dolları həcmində kredit cəlb edib
"Unibank" KB ASC beynəlxalqmaliyyə bazarlarındakı mövqeyini daha da gücləndirərək, yeni iri həcmli maliyyəvəsaiti cəlb edib.
azxeber.com xəbər verir ki, "responsAbility Investments AG" ilə strateji tərəfdaşlıq çərçivəsində Bank ümumilikdə 20 milyon ABŞ dolları məbləğində iki kredit xəttiəldə edib.
Bu əməkdaşlıq "Unibank"ındayanıqlı inkişaf prinsiplərinə sadiqliyinin və beynəlxalq maliyyəinstitutlarının Banka göstərdiyi yüksək etimadın göstəricisi kimiqiymətləndirilir.
Cəlb olunan vəsaitin 10milyon ABŞ dolları (AZN ekvivalentində) "Global Climate Partnership Fund SA"tərəfindən 5 il müddətinə təqdim olunub. Qalan 10 milyon ABŞ dolları (AZNekvivalentində) isə "responsAbility" tərəfindən idarə olunan fondlar vasitəsilə3 il müddətinə ayrılıb.
Yeni maliyyə resurslarınınəsas məqsədi "Unibank"ın kredit portfeliningenişləndirilməsi, xüsusilə sahibkarlığın və dayanıqlı layihələrinmaliyyələşdirilməsinin dəstəklənməsidir. Bu vəsaitlər Bankın iqtisadiyyatınreal sektoruna dəstəyini daha da gücləndirəcək.
"Unibank" KB ASC İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edənHeybət Qədirovbildirib:
"responsAbility Investments AG ilə əməkdaşlıq çərçivəsində cəlbetdiyimiz vəsaitlər "Unibank"ın dayanıqlı inkişaf strategiyasına mühüm töhfəverəcək. Bu tərəfdaşlıq beynəlxalq maliyyə institutlarının Bankımıza göstərdiyiyüksək etimadın bariz nümunəsidir. Xüsusilə, Global Climate Partnership Fundilə əməkdaşlıq çərçivəsində əldə olunan resurslar yaşıl maliyyələşmətəşəbbüslərimizi genişləndirməyə və ekoloji dayanıqlılığı dəstəkləyənlayihələri maliyyələşdirməyə imkan yaradacaq. Məqsədimiz bu istiqamətdəfəaliyyətimizi daha da gücləndirərək həm sahibkarlığın inkişafına, həm dədayanıqlı iqtisadi artıma töhfə verməkdir."
"responsAbility Investments AG"-ın Maliyyə İnklüzivliyi üzrə BorcMaliyyələşməsi Departamentinin rəhbəri Jaskirat Chadha isə qeyd edib:
"Pərakəndə və KOS müştərilərinə xidmət sahəsində güclü təcrübəyə malik,Azərbaycanın aparıcı banklarından olan Unibank ilə əməkdaşlığa başlamaqdanməmnunuq. Bu maliyyələşmə, yerli bizneslərin maliyyə resurslarına çıxışınıgenişləndirəcək, eyni zamanda enerji və resurs səmərəliliyi layihələrivasitəsilə iqlim dəyişikliklərinin azaldılmasına yönəlmiş yaşıl maliyyələşmənininkişafını dəstəkləyəcək. Dayanıqlı özəl sektorun inkişafına və inklüziviqtisadi artıma töhfə verəcək uzunmüddətli əməkdaşlıq quracağımıza inanırıq."
Unibank beynəlxalqtərəfdaşlarla əməkdaşlığı strateji prioritet istiqamətlərdən biri kimi müəyyən edib.Bu istiqamətdə həyata keçirilən fəaliyyətlər Bankın maliyyə dayanıqlığını dahada gücləndirməyə və müştərilərinə daha geniş və rəqabətqabiliyyətli maliyyəimkanları təqdim etməyə xidmət edir.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq