Unibank Finance in Motion ilə 10 milyon avroluq saziş imzaladı

Unibank Finance in Motion ilə 10 milyon avroluq saziş imzaladıUnibank Avropanın Cənub-Şərqi Fondundan (EFSE) 10 milyon avro məbləğində kredit xəttinin cəlb olunması ilə bağlı iki illik saziş imzalayıb. Beynəlxalq aktiv idarəetmə şirkəti Finance in Motion tərəfindən birgə idarə olunan bu vəsait tam şəkildə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (MKOS) maliyyələşdirilməsinə yönəldiləcək.
"Unibank"ın İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib: "Bu addım bizim üçün sadəcə maliyyə əməliyyatı deyil, strateji inkişaf istiqamətidir. Finance in Motion ilə əməkdaşlıq "Unibank"a dayanıqlı inkişaf məqsədlərinə uyğun fəaliyyət göstərən bizneslərə dəstəyini daha da gücləndirməyə imkan verəcək. Vəsaitlərin yalnız təhlükəsiz və sosial təsiri olan təşəbbüslərə yönəldilməsi ilə iqtisadiyyatımızın sabit və sağlam gələcəyinə məqsədyönlü şəkildə investisiya yatırırıq."
Finance in Motion şirkətinin Regional Direktoru Oxana Binzaru isə qeyd edib: "EFSE vasitəsilə məqsədimiz Unibank kimi yerli maliyyə institutlarının məsuliyyətli KOB maliyyələşdirilməsini genişləndirməsinə dəstək olmaq, dayanıqlı iqtisadi inkişafı və real sosial təsiri təşviq etməkdir."
EFSE haqqında
Avropanın Cənub-Şərqi Fondu (EFSE) Cənub-Şərqi Avropa və Qafqaz regionunda iqtisadi inkişafı və rifahı təşviq edən təsir investisiyası fondudur. Fond Regional Alt Fond (RSF) və Ukrayna Alt Fondu (USF) vasitəsilə sahibkarlığın inkişafını, maliyyə inklüzivliyinin gücləndirilməsini və yerli iqtisadiyyatların dəstəklənməsini hədəfləyən maliyyə həlləri təqdim edir.
EFSE 2005-ci ildə Almaniyanın KfW İnkişaf Bankının təşəbbüsü ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) və Avropa Komissiyasının maliyyə dəstəyi əsasında yaradılıb. Bu sahədə ilk dövlət-özəl tərəfdaşlıq modellərindən biri olan fond donor təşkilatların, beynəlxalq maliyyə institutlarının və özəl institusional investorların kapitalı hesabına formalaşır. EFSE-nin portfel idarəçisi Almaniyanın Finance in Motion GmbH şirkəti, fond meneceri isə Lüksemburqda yerləşən Hauck & Aufhäuser Fund Services S.A.-dır. Ətraflı məlumat üçün: www.efse.lu
Finance in Motion haqqında
Finance in Motion hazırda ümumi həcmi təxminən 4 milyard avro olan və SFDR-in 9-cu maddəsinə uyğun təsnif edilən 10 investisiya fondunu strukturlaşdırır, idarə edir və onlara məsləhət xidmətləri göstərir. Şirkətin fondları regional maliyyə institutları, birbaşa investisiyalar, məsləhət və potensialın artırılması proqramları vasitəsilə həm insanlar, həm də ətraf mühit üçün müsbət təsir yaratmağa yönəlib.
Almaniyada təsis olunan Finance in Motion Latın Amerikasından Şərqi Avropayadək uzanan geniş yerli ekspertiza şəbəkəsinə malikdir və artıq 20 ildən çoxdur ki, inkişaf etməkdə olan bazarlara investisiya yatırır. Ətraflı məlumat üçün: www.finance-in-motion.com
Unibank haqqında
Unibank Azərbaycanın aparıcı özəl banklarından olmaqla, ölkənin sistem əhəmiyyətli maliyyə institutlarından biridir. 1992-ci ildə təsis edilən bank, geniş filial şəbəkəsi və davamlı inkişaf edən rəqəmsal bankçılıq platforması vasitəsilə pərakəndə müştərilərə, biznes subyektlərinə xidmət göstərir. Unibank son illərdə dayanıqlı maliyyələşdirmə sahəsində rolunu gücləndirməyə xüsusi diqqət ayırır və ölkədə yaşıl maliyyələşdirmə üzrə strukturlaşdırılmış həllərin inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyən edib. / azxeber.com

İqtisadiyyat       Tarix: 25 iyun 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapita

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan xabarlar valyuta məzənnələri xeberler bu gun