Unibank növbəti yaşıl maliyyələşməni həyata keçirir
Unibank Azərbaycanda aparıcı taksi sifarişi xidmətlərindən biri olan "Yango Azerbaijan"la strateji tərəfdaşlığa başlayıb.
azxeber.com xəbər verir ki, məqsəd Bakının taksi parkında ekoloji cəhətdən daha təmiz olan hibrid avtomobillərin sayının artmasına maliyyə dəstəyi göstərməkdir. Bu əməkdaşlıq çərçivəsində "Yango Azerbaijan" şirkətinin Bakıdakı dörd partnyor taksi parkına 500 yeni hibrid avtomobil gətiriləcək. Sürücülər artıq ilin sonunadək bu avtomobillərlə taksi sifarişlərinə başlaya biləcəklər.
Taksi şirkətləri bu avtomobilləri "Unibank"dan çox sərfəli, güzəştli şərtləri olan kreditlə almaq imkanı qazanacaq. Prosesə dəstək məqsədilə "Yango Azerbaijan" zamin kimi bu təşəbbüsə sərmayə qoyub. "Yango"nun tərəfdaşlarının BYD Qin Plus modelinin yeni avtomobillərini alması planlaşdırılır.
"Unibank KB" ASC İH-nin sədri Fərid Abuşov yaşıl maliyyələşmə layihəsi ilə bağlı fikirlərini açıqlayıb: "Məmnuniyyət hissi ilə bildirmək istərdim ki, Bankımız tərəfindən iqlim dəyişmələrinin mitiqasiyası istiqamətində növbəti yaşıl layihə maliyyələşdirilməsi aparılır. Kreditləşmə yaşıl layihə təsnifatına uyğun olan hibrid avtomobillərin alışı üzrə həyata keçirilir. Qeyd etmək istərdim ki, "yaşıl nəqliyyat" beynəlxalq standartlar rəhbər tutulmaqla, Bankımız tərəfindən hazırlanmış dayanıqlı maliyyə yanaşmamıza əsasən yaşıl iqtisadi sektor hesab olunur. Həmçinin hibrid avtomobillərin maliyyəşləşdirilməsi, ölkəmizin Milli Töhfələr Planına əsasən atmosferə atılan istixana qazlarının azaldılmasını hədəfləyən tədbirlər üzrə ekoloji təmiz nəqliyyat növlərinə keçidi dəstəkləyir. Bankımız tərəfindən həyata keçirilən "yaşıl kreditləşmə"nin ölkəmizdə dayanıqlı maliyyə axınlarının formalaşmasına da müsbət təsirini göstərəcəyinə inanırıq. Bu təşəbbüs fəaliyyətimizdə və bankçılıq xidmətlərimizdə dayanıqlı maliyyə və ESG prinsiplərinin inteqrasiyasının daha bir nümunəsidir ".
"Yango Azerbaijan" şirkətinin baş direktoru Müşviq Həsənov da hesab edir ki, Yango və Unibank arasında əməkdaşlığın əsas məqsədi Bakıda taksi səfərlərini daha təhlükəsiz, daha rahat və hibrid avtomobillərin sayının artması sayəsində ekoloji cəhətdən təmiz etməkdir: " Bu təşəbbüs, Bakıdakı tərəfdaşlarımızın taksi parkının yenilənməsi üzrə uzunmüddətli proqramımızın bir hissəsidir. Əvvəllər biz onlara 1000-dən çox yeni avtomobil almağa kömək etmişik ki, bu da şəhərdə taksi xidmətlərinin səviyyəsini xeyli yüksəldir. Növbəti məqsədimiz tərəfdaşlarımıza bu və gələn il ərzində 4000-dən çox yeni avtomobil almağa kömək etməkdir".
Unibank- Sənin Bankın!
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var