Unibank qadın sahibkarlara dəstək üçün 15 milyon dollar kredit cəlb edib

Unibank qadın sahibkarlara dəstək üçün 15 milyon dollar kredit cəlb edibGlobal Gender-Smart Fund S.A., SICAV- Lüksemburqdaqeydiyyatdan keçmiş alternativ investisiya fondu və Unibank KB ASC Azərbaycandaqadın sahibkarlığının inkişafına, maliyyə inklüzivliyinin genişləndirilməsinə vəqadınların iqtisadi imkanlarının artırılmasına dəstək məqsədilə kredit sazişiimzalayıb.
Nüfuzlu sosial təsir yönümlü investisiya şirkəti Incofin InvestmentManagement-in dəstəyi ilə təşkil olunan saziş çərçivəsində "Unibank"aAzərbaycan manatında 15 milyon ABŞ dolları ekvivalentində kredit xətti ayrılıb.
Vəsait Azərbaycanda qadınlara məxsus və qadınlar tərəfindən idarə olunanmüəssisələrin maliyyəyə çıxış imkanlarının genişləndirilməsinə yönəldiləcək. Buəməkdaşlıq qadın sahibkarlar üçün maliyyələşmə imkanlarının artırılmasına,mövcud maliyyə boşluğunun azaldılmasına və gender yönümlü iqtisadi inkişafıntəşviqinə xidmət edəcək.
Unibankİdarə Heyəti sədrinin vəzifəsini müvəqqti icra edən Heybət Qədirov layihə iləbağlı bildirib: "Bu tərəfdaşlıqAzərbaycanda maliyyə inklüzivliyinin genişləndirilməsi istiqamətində səylərimizbaxımından mühüm mərhələdir. Global Gender-Smart Fund ilə əməkdaşlıq etməkləqadınlara məxsus və qadınlar tərəfindən idarə olunan bizneslər üçün onlarınehtiyaclarına uyğun maliyyə resurslarının təqdim edilməsinə dair öhdəliyimizidaha da gücləndiririk. Bu imkanlar həmin bizneslərin böyüməsinə, innovativhəllər tətbiq etməsinə və ölkə iqtisadiyyatına daha əhəmiyyətli töhfə verməsinətəkan olacaq".
Bu əməkdaşlıq hər iki maliyyə institutunun, eləcə də Incofin-in regiondadayanıqlı inkişaf və bərabər imkanlara əsaslanan bazar artımı üçün sosial təsiryönümlü investisiya yanaşmasından istifadə etmək üzrə ortaq baxışını əksetdirir.
"GGSF-in məqsədi qadınların iqtisadiimkanlarının genişləndirilməsi və rifahın yaxşılaşdırılması üçün gender yönümlümaliyyələşmə təqdim etməkdir. Unibank ilə tərəfdaşlıq bu məqsədi daha da irəliaparır: Bankın gender fəaliyyət planı qadınların ehtiyaclarına uyğun yenimaliyyə məhsullarının hazırlanmasını və qadın sahibkarların bu məhsullaraçıxışını və onlardan faydalanmasını dəstəkləyən maliyyə savadlılığıtəlimlərinin keçirilməsini nəzərdə tutur. Məhz bu yanaşma maliyyələşməninAzərbaycanda qadın borcalanlara məsuliyyətli və təsirli şəkildə yönəldilməsinitəmin edir", — deyə Innpact FundManagement-in Fondların idarə edilməsi üzrə direktor müavini Etienne de Belloybildirib.
Global Gender-Smart Fund haqqında
Global Gender-Smart Fund — GGSF inkişaf etməkdə olan ölkələrdə maliyyəinstitutlarına borc maliyyələşməsi təqdim edən, gender fokuslu dünyanın ənböyük investisiya platformasıdır. GGSF-in məqsədi kifayət qədər xidmət almayanqadınlar, həmçinin qadınlar tərəfindən idarə olunan və qadınlara məxsusbizneslər üçün gender yönümlü, məsuliyyətli maliyyə xidmətlərinə çıxışimkanlarını genişləndirməkdir.
İnklüziv maliyyə sistemlərinin gücləndirilməsi vasitəsilə GGSF yaşayışsəviyyəsinin yaxşılaşdırılmasına, gender balansının və əhatəliliyinartırılmasına, eləcə də inkişaf etməkdə olan bazarlarda qadın liderliyiningenişlənməsinə töhfə verir.
GGSF Innpact Fund Management tərəfindən idarə olunur. Fondun idarəçiliyindədərin bazar təcrübəsinə və güclü sosial təsir yönümlü yanaşmaya malik üçaparıcı özəl portfel meneceri iştirak edir. Incofin Investment Management isəUnibank ilə bu layihə çərçivəsində münasibətlərin qurulması, monitorinqi vəidarə olunmasına cavabdehdir.
Ətraflı məlumat üçün: www.ggs-fund.com
Unibank haqqında
Unibank Azərbaycanın aparıcı özəl banklarından olmaqla, ölkənin sisteməhəmiyyətli maliyyə institutlarından biridir. 1992-ci ildə fəaliyyətə başlayanbank pərakəndə, korporativ və investisiya bankçılığı sahələrində genişxidmətlər təqdim edir. Unibank Azərbaycanda rəqəmsal innovasiyalarınöncüllərindən biri olub və 2021-ci ildə ölkənin ilk tam mobil bank əlavəsi olanLeobank-ı istifadəyə verib.
Bank haqqında daha ətraflı: / azxeber.com

İqtisadiyyat       Tarix: 08 iyul 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

"Kontakt"dan ad günü sürprizi: kontakt.az-da yenilik var

Azərbaycanda elektron ticarətin inkişafında ön sıralarda gedən "Kontakt"ad günü ərəfəsində onlayn alış-veriş platforması olan saytınıyeniləyib. İndi məhsulu tapmaq, seçmək və sifariş vermək daha asandır. Bu, -ı


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər bugünki xəbərlər son xeberler bugun 2026 canli son xeber 2026