"Union Logistics" şirkəti sahibkarların yarım milyon manatını mənimsəyib

"Bakının Nəsimi rayonunda yerləşən "Union Logistics" MMC şirkəti mütəşəkkil dəstə halında 18 sahibkara ümumilikdə 300 min dollar ziyan vurub". 
Bu şikayətlə "Qafqazinfo"ya bir qrup sahibkar müraciət edib. 
Belə ki, "Softech-A" şirkətinin direktoru Cavid Nəbiyev, "Ulanzi Azerbaijan" MMC-nin təsisçisi Kənan Əsgərov, "Qlobal KS" MMC-nin rəhbəri Ceyhun Süleymanov, "3ADDIMPRINT" MMC-nin direktoru Ceyhun Sahilov, "Wonlex Azerbaijan" təsisçisi Rəna Mənsurova, "İNFİNİTY SOLUTİONS" MMC rəhbəri Elşad Mustafayev, "LumeGrand" MMC rəhbəri Tural Əhmədov, "OTSTEC" MMC təsisçisi Rauf Qədirov və fərdi sahibkarlar İlham Hacıbalayev,Ələddin Mehdiyev, Rauf İsmayılov ötən ilin avqust ayında adıçəkilən şirkətlə müqavilə bağlayaraq, Çindən sifariş olunan malların Azərbaycana çatdırılması ilə bağlı razılığa gəliblər. Amma mallar hələ də sahibkarlara çatdırılmayıb. 
Onlar bildirib ki, adıçəkilən şirkətin direktoru Rövşən Mehdiyevin yerli və xarici logistika şirkətlərinə külli miqdarda borcu olduğu üçün, son 5 ay ərzində ən bahalı malları və sahibkarlara məxsus yükləri qeyri-rəsmi yollarla satıblar: "Onlar mütəşəkkil dəstə halında işləyirlər. Çin Xalq Respublikasında sahibkarların yüklərini anbarlara qəbul edən şəxs də şirkətin direktorunun xalası oğludur. Gömrük orqanlarında sənəd rəsmiləşdirməsi işləri ilə məğul olan isə bir başqa adamdır. Ehtimal olunur ki, yük Azərbaycan sərhədini keçsə də, gömrük orqanlarında öz adlarına sənəd saxtalaşdırılması edib, Azərbaycan ərazisində yükləri satıblar".
Sahibkarların dediyini görə, şirkət  onlara məxsus yüklərin Çinin Kaşqar ( Qırğızıstan ilə sərhəd), Qazaxıstanın Horqos dövlət anbarlarında olduğunu deyiblər: "Lakin bununla bağlı heç bir sənəd foto və ya video təqdim edilmədi. Dəfələrlə şirkətin direktoru ilə görüşmək istəsək də, işçilər müxtəlif bəhanələrlə bizi uzaqlaşdırıb.
Belə olduğu halda hər iki səfirliyin Çin Xalq Respublikasının və Qırğızıstan Respublikasının səlahiyyətli şəxslərindən məsələnin həqiqiliyini öyrənmək məqsədilə, bizlərə köməklik göstərmələrini ümid edirik. Avqust ayından bəri yüklərdən heç bir xəbər ala bilməmişik. Digər sahibkarlara da ziyan dəyməməsi üçün, daşınacaq yüklərini indi və gələcəkdə bu şirkətin Çindəki anbarlarına göndərməmələrini tövsiyə edirik".
Sahibkarların 300 min dollar mənimsəmə iddiaları ilə bağlı "Union Logistics"lə əlaqə saxladıq. Şirkətin satış şöbəsinin rəhbəri Anar Qafarlı saytımıza cavab olaraq bildirdi ki, yüklər ay sonuna kimi təhvil veriləcək: "Sahibkarlara yüklərin harada olması ilə bağlı məlumat vermişik. Lakin onlar şəkil, video tələb edirlər. Ancaq xarici dövlət anbarında olan yüklərin şəklini çəkmək qadağandır. Bizim belə bir icazəmiz yoxdur. Bu ayın sonuna qədər yüklər təhvil veriləcək. Onların iddia etdiyi rəqəmlərdən bizim xəbərimiz yoxdur, bu, gömrüyü maraqlandıran mövzudur. Biz yükdaşıma şirkətiyik. Yüklərin daşınmasında sıxıntı var idi. Amma düzəlib. Bundan öncə də bizdə belə bir problem olmayıb. Yüklər həmişə 1 aya çatdırılır. Oradakı sahibkarlar əvvəl də bizimlə işləyib. Hər şey qaydasındadır, şəffaf şəkildə işləyirik. Borc məsələsinə qaldıqda isə, bu iddialar əsassızdır. Nəticə olaraq deyim ki, ay sonuna kimi, bütün yüklər təhvil veriləcək".
Sahibkarlar həmçinin, bildirib ki, məsələ ilə bağlı digər zərərçəkmişlər də varsa, əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, sözügedən problem ötən gün "Xəzər Tv"də yayımlanıb. 
Bununla bağlı videomaterialı təqdim edirik: 

/ azxeber.com

İqtisadiyyat       Tarix: 13 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurdu - FOTOLAR

PAŞA Bankın gənclərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi "ZirvədəSən 2026" Təcrübə Proqramı başa çatıb. Noyabrın 3-də ADA Universitetində keçirilən bağlanış mərasimində proqram iştirakçıları, mentorlar

Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib

"Süni İntellektlə Müasir Məktəb" (SIMM) layihəsi çərçivəsində Gəncə və Xankəndidə müəllimlər üçün təcrübi təlim sessiyaları təşkil olunub. Təlimlərdə 18 məktəbdən 100 müəllim iştirak edib. Layihəyə müəllimlər tərəfində

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi - FOTOLAR

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

Dünya Bankı ilə dövlət müəssisələrinin dividend siyasətinin təkmilləşdirilməsi müzakirə olunub

Azərbaycan və Dünya Bankı (WB) arasında dövlət müəssisələrinin dividend siyasətinin təkmilləşdirilməsini müzakirə edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolan

Azərbaycanda ən çox qazananlar bu sahələrdə çalışır

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Trend-ə istinadla xəbər veri

8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?

Azərbaycanda son illərdə həyata keçirilən sosial islahatlar əməkhaqqı, pensiya və müavinətlərin artırılması ilə müşayiət olunub. Xüsusilə 2018-ci ildən etibarən bu istiqamətdə bir neçə genişmiqyaslı sosial paket reallaşdırılıb

Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

IMF: Azərbaycan, Qazaxıstan və Türkmənistan geosiyasi çağırışlar fonunda fayda əldə edəcək

Potensial geosiyasi və iqtisadi risklər Mərkəzi Asiya regionunun neft ixrac edən ölkələrinə, ilk növbədə, Azərbaycan, Qazaxıstan və Türkmənistana müsbət təsir göstərəcək. xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF

Nərimanovda mənzillər üçün yeni satış şərtləri - FAİZSİZ

Nərimanovda təməldən mənzillərin FAİZSİZkreditlə satışı davam edir!. Bakının Nərimanov rayonunda yerləşən CityGarden Narimanov yaşayış kompleksində yeni mərhələ üzrə mənzillərin təməldənsatışına başlanılıb. Alıcılar üçü


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler azerbaycan futbol xeberleri metbuat xeber.az 2026