USAİD-in bağlanması ilə "Turan"ın da özünü buraxması bir etirafdır' - Baş redaktor
"Turan" informasiya agentliyi bağlandığını rəsmən elan etdi. Səbəb kimi maliyyə çətinliyi göstərilir. Doğrudur, amma həqiqəti tam açıqlamırlar".
Bu barədə Demokrat.az saytının baş redaktoru Vasif Həsənli öz Facebook hesabında paylaşım edib.
azxeber.com xəbər verir ki, tanınmış jurnalist yazıb:
"Tam həqiqət belədir ki, ABŞ-da Tramp Administrasiyasının USAİD-i bağlaması bu təşkilatın dünyanın müxtəlif ölkələrində maliyyələşdirdiyi təşkilatları, o cümlədən, "Turan"ı da çətin vəziyyətə salıb. Artıq maliyyə mənbəyi olmayan agentlik fəaliyyət göstərə bilmir".
"Bu, "Turan"ın gerçək fəaliyyətini də ortaya çıxardı. Agentlik daim "müstəqil" olduğunu əlində bayraq edir, heç bir asılılığının olmadığını irəli sürürdü. Hərçənd ki, agentliyin USAİD-dən maliyyələşdiyi, SOROS şəbəkəsinə bağlı olduğu sirr deyildi, sadəcə bunu etiraf etmirlər, bu haqda deyilənlərə qarşı çıxırdılar. USAİD-in bağlanması ilə "Turan"ın da özünü buraxması bu faktın etirafıdır"!- deyə, Baş redaktorun fikrini tamamlayıb.

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu