Uşaqlara işgəncə verildiyi iddia edilən "Sevgi evi" bağlandı
Bakıda azyaşlıların işgəncələrə məruz qaldığı iddia olunan "Sevgi evi" qadın və uşaq sığınacağı müvəqqəti olaraq bağlanıb.
Qalmaqalı olayla gündəmə gələn sığınacaqdakı uşaqlar ailə üzvlərinə və yaxınlarına təhvil verilib.
"Uşaqların hər biri valideynlərinə təhvil verilib, araşdırma gedir. Araşdırma bitdikdən sonra 1 həftə ərzində azyaşlıların sığınacağa qaytarılması nəzərdə tutulur", - sığınacağın sahibi Könül Qasımovanın atası, Ağdam Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Zülfü Qasımov deyib.
Onun sözlərinə görə, sığınacaqda uşaqların saçlarının kəsilərək, spirt tökülməsi iddiaları yanlışdır və deyilənlər öz təsdiqini tapmayıb.
Qeyd edək ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda 10 may 2022-ci il tarixində keçirilmiş monitorinq zamanı uşaqlara işgəncə verilməsi faktları üzə çıxıb. Hadisə ilə əlaqədar prokurorluq tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Hadisənin baş verdiyi "Sevgi evi" Qadın və Uşaq sığınacağının sahibi Könül Qasımovadır.
///Modern.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı
Ceyhun Bayramov Mirzoyanla görüşəcək