"Uşaqlarım müharibədən sağ çıxmayacağımdan qorxurlar" - Zelenski Rusiyaya sülh TƏKLİF ETDİ
Ukrayna Rusiya ilə danışıqlara hazırdır.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin "PBS NewsHour" telekanalına müsahibəsində deyib.
O bildirib ki, rəsmi Kiyev, həqiqətən, sülh istəyənlərlə danışıqlara hazırdır:
"Amma Rusiya sülh istəmir. Qarşı tərəfin məqsədi bizi məhv etməkdir. Moskva müharibənin başa çatması üçün danışıqlar aparmaq niyyətində deyil".
V.Zelenskinin sözlərinə görə, bu il iyun ayının ortalarında İsveçrədə Sülh Sammiti olacaq: "Müharibəyə son qoymaq üçün plan hazırlanacaq. Bu sammit Rusiyasız keçiriləcək. Çünki Rusiya planlara mane ola bilər".
Dövlət başçısının fikrincə, Rusiya danışıqlarda maraqlı deyil: "Ona görə də müharibənin ədalətli sülhlə bitməsini istəyən bir ölkə kimi təşəbbüs Ukraynadan gəlməlidir".
V.Zelenski həmçinin söyləyib ki, Ukraynadakı uşaqlar hər şeyi başa düşürlər:
"Onlar, o cümlədən mənim uşaqlarım qələbəyə daha çox inanırlar, nəinki bəzi tərəfdaşlarımız. Uşaqlarımız bütün sualların cavablarını bilirlər. Onlar başa düşürlər ki, müharibənin başa çatması bəzi amillərdən asılıdır. Amma onlar bizim qalib gələcəyimizə əmindirlər. Övladlarımız buna şübhə etmirlər".
Ölkə lideri qeyd edib ki, övladları onun taleyindən narahatdırlar:
"Məncə, onlar mənim müharibədən sağ çıxıb-çıxmayacağımdan qorxurlar".
V.Zelenski bildirib ki, Ukrayna ABŞ-nin dəstəyi olmadan qalib gələ bilməyəcək:
"Açığını deyim ki, Konqresin yardımı olmadan bizim qalib gəlmək şansımız olmayacaq. Bu bizim üçün çox çətindir. Çünki Rusiya şəxsi heyət və texnika baxımdan daha üstündür".
O həmçinin vurğulayıb ki, Rusiya işğal altındakı Krımdan Ukrayna ərazisinə zərbələr endirir. (Report)

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək