Uzaq səfərlərinizin ən yaxşı yol yoldaşı SERES M9 modeli təqdim olundu

Uzaq səfərlərinizin ən yaxşı yol yoldaşı SERES M9 modeli təqdim olunduİyunun 9-da çoxdan gözlənilən SERES M9 modelinin təntənəli təqdimat mərasimi keçirilib.
Mərasimdə avtomobil həvəskarları ilə yanaşı, tanınmış simalar, biznes sahəsindən olan nümayəndələri də iştirak edib.
Çıxış edən VOLT GROUP-nun həmtəsisçisi və icraçı direktoru Emin Əsgərov ən son innovativ texnologiyaların vəhdəti olan yeni model haqqında geniş informasiya verib.
Emin Əsgərov artıq Azərbaycanda bir sıra avtomobil brendinin bir çox modelini təqdim etdiyini vurğulayıb: "İlk dəfə Çin istehsalı olan avtomobili Azərbaycana gətirəndə bir çoxları bu addıma skeptik yanaşmışdı. Amma biz elə o vaxtdan Çin avtomobillərində olan potensialı görürdük. İndi isə hər şey göz qabağındandır. Azərbaycan və eləcə də dünya avtomobil bazarına baxanda əlavə sübuta, əlavə şərhə ehtiyac qalmır".
İcraçı direktor daha sonra göstərdiyi qrafikdə SERES M9-un gözləntiləri tamamilə qarşıladığını əyani formada sübut edib: "Burada siyahıda olan digər brendi, əlbəttə, hər biriniz tanıyırsınız. Amma qeyd etmək istəyirəm ki, Çində SERES M9 bu seqmentin satışında  keçən ay birinci yeri tutub. Bunun səbəbini isə avtomobillə tanış olandan sonra biləcəksiniz. Çünki bu avtomobildə olan texnologiylar heç bir avtomobildə yoxdur".
Çıxışın ardından model mərasim iştirakçılarına təqdim olunub. 
VOLT AVTO-nun satış meneceri Kamal Cəfərzadə tərəfindən SERES M9 modeli haqqında iştirakçılara məlumat verilib.
Qeyd olunub ki, 6 nəfərlik yüksək komfortlu salona malik avtomobilin salonunda ikinci və üçüncü sıradakı sərnişinlər üçün ekranla yanaşı, indiyə qədər heç bir avtomobildə analoqu olmayan lazer proyektoru da təchiz edilib. Azərbaycana idxal olunacaq 42 və 52 kVt/saatlıq akkumulyatorla və ya tam elektrik versiyalarında SERES M9 modeli komplektasiyalarından asılı olaraq 496 və 530 at gücünə malikdir.
Təbii dəri interyer, ən qabaqcıl ağıllı sürücülük sistemləri, ən müasir təhlükəsizlik xüsusiyyətləri, müxtəlif yol şəraitində hamar idarəetməni təmin edən adaptiv pnevmatik asqı, ardıcıl hibrid olması kimi xüsusiyyətlər isə sizin komfortunuz və eleqant hiss etməyiniz üçündür.
Avtomobilin 100 km/saat sürəti yığması hibriddə 4,9 saniyəyə, elektrikdə isə 4,3 saniyəyə baş tutur.
Qeyd edək ki, rəsmi idxalçıdan avtomobilə 4 il və ya 100 000 km, batereyaya və elektrik avadanlığa isə 8 il və ya 160 000 km zəmanət verilir.
Sözügedən modelin Azərbaycan üzrə satışı "VOLT GROUP"a məxsusdur və şirkət tərəfindən avtomobilin rəsmi təqdimatının yaxın günlərdə olması planlaşdırılır.
Avtomobil haqqında əlavə məlumat və yarana biləcək digər suallara cavab almaq üçün zəng edin: *0078
Uzaq səfərlərinizin ən yaxşı yol yoldaşı SERES M9 modeli təqdim olunduUzaq səfərlərinizin ən yaxşı yol yoldaşı SERES M9 modeli təqdim olunduUzaq səfərlərinizin ən yaxşı yol yoldaşı SERES M9 modeli təqdim olunduUzaq səfərlərinizin ən yaxşı yol yoldaşı SERES M9 modeli təqdim olunduUzaq səfərlərinizin ən yaxşı yol yoldaşı SERES M9 modeli təqdim olunduUzaq səfərlərinizin ən yaxşı yol yoldaşı SERES M9 modeli təqdim olundu/ azxeber.com

İqtisadiyyat       Tarix: 12 iyun 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr - Zəfər Günü ərəfəsind

PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurdu - FOTOLAR

PAŞA Bankın gənclərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi "ZirvədəSən 2026" Təcrübə Proqramı başa çatıb. Noyabrın 3-də ADA Universitetində keçirilən bağlanış mərasimində proqram iştirakçıları, mentorlar

Gürcüstanın Azərbaycandan soğan idxalına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 6,5 milyon ABŞ dolları dəyərində 26 min 423 ton soğan (təzə və ya soyudulmuş) idxal edib. -un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığ

İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?

Bakının Yasamal rayonunda yerləşən Park Yasamal yaşayışkompleksində hazır, tam təmirli mənzillərin satışı davam edir. Kompleksdə 2otaqlıdan 4 otaqlıya qədər müxtəlif planlaşdırmaya malik mənzil seçimləri,eləcə də şəxsi bağçal

Unibank ağacəkmə kampaniyasında iştirak edib

Unibank Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən növbəti ağacəkmə kampaniyasında iştirak edib. xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirilən təşəbbü

"İrşad"da Zəfər Gününə özəl "Şad Günlər" kampaniyası başlayır

"İrşad" 8 Noyabr – Zəfər Günü münasibətilə "Şad Günlər" kampaniyasına start verir. Yalnız 4 gün, 7–10 noyabr tarixlərində "İrşad" mağazalarında və onlayn platformalarda bütün məhsulların endiriml

Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-da

Maaşın gizlədilməsinə dair yeni mexanizm tətbiq olunacaq

Azərbaycanda əmək haqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Report-a istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosia

"Dreamland Baku" "AIREX 2026" sərgisində - Fotolar

"Dreamland Baku" Azərbaycanın premium yaşayış, istirahət və investisiya imkanlarını beynəlxalq auditoriyaya təqdim edir. 4-6 noyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində ilk dəfə keçirilən Azərbaycan Beynəlxal


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber saytlari cəbhədən son xəbərlər 2026 kriminal xeberler cəbhədən son xəbərlər