Vahid Əhmədovdan xəbərdarlıq: Rusiyanın çökmüş iqtisadiyyatı Azərbaycan üçün problemlər yaradacaq

Vahid Əhmədovdan xəbərdarlıq: Rusiyanın çökmüş iqtisadiyyatı Azərbaycan üçün problemlər yaradacaqAvropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyanı defolt gözlədiyini bildirib. "Der Tagesspiegel" nəşri Avropa Komissiyasının sədrindən sitatlar gətirib. Onun sözlərinə görə,  sanksiyalar Rusiya iqtisadiyyatını getdikcə daha da məhv edir.  Bunun nəticəsində Rusiyanın dövlət kimi iflası yaxın gələcəkdə baş verəcək. Fon der Leyenin sözlərinə görə, anti-Rusiya sanksiyalarının tətbiqi nəticəsində Rusiyanın ixracı 70 faiz azalıb. Avropalı analitiklər də Rusiya ÜDM-nin 11 faiz azalacağını proqnozlaşdırırlar. Hazırda Avropa İttifaqının rəhbərliyi daha bir anti-Rusiya sanksiyalar paketi üzərində işləyir. Belə ki, Rusiya neftinin Avropaya idxalına məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Avropa Komissiyasının sədri isə Rusiyanın enerji resurslarının baha qiymətlərlə başqa bazarlara çıxarılmasına imkan verməməyə çağırır.
KONKRET.az xəbər verir ki, Rusiyanın defoltun qırmızı xəttinə yaxınlaşması ilə bağlı milli məclisinin deputatı, iqtisadçı Vahid Əhmədov Haqqın.az-a açıqlama verib:
"Bir tərəfdən sanksiyaların təzyiqi getdikcə güclənir, digər tərəfdən isə Rusiya müharibəni bitirmir. Belə bir vəziyyətdə Rusiyanın defoltu qaçılmazdır və bu, bütün Rusiya iqtisadiyyatının çökməsi deməkdir" – deputat vurğulayıb.
Vahid Əhmədovun fikrincə, Rusiyanın müflisləşməsi Moskva ilə sıx ticarətət əlaqələri olan MDB ölkələrinin iqtisadiyyatına da mənfi təsir göstərə bilər. Xüsusilə, Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi artıq öz buğda və ununun ixracını məhdudlaşdırmaq qərarına gəlib. Deputatın sözlərinə görə, Rusiyanın müflisləşməsinin ölkəmizin iqtisadiyyatına mənfi təsirinin qarşısını almaq üçün Azərbaycan da təcili tədbirlər görməlidir.
Vahid Əhmədovdan xəbərdarlıq: Rusiyanın çökmüş iqtisadiyyatı Azərbaycan üçün problemlər yaradacaqVahid Əhmədov əlavə edib ki, Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi ildə 3 milyard dollara yaxındır: "Biz əsasən şimal qonşularımızdan taxıl, ərzaq və digər zəruri malları alırıq. Rusiyanın defolt olması dövriyyəni ən azı 25-30 faiz azalda bilər. Buna görə də təcili olaraq ehtiyat variantlar, yeni bazarlar və ixracatçılar, o cümlədən idxalçılar axtarmaq lazımdır. Bununla da daxili bazarda qiymət sabitliyini qorumaq lazımdır" – o bildirib.
Millət vəkilinin sözlərinə görə, ölkədə ərzaq məhsullarının qiyməti bəzi məhsullar üçün  20 faizdən 60 faizə qədər artıb: "Bu yaxınlarda Prezident İlham Əliyev geniş müşavirə keçirdi. Müşavirədə vurğulandı ki,  Rusiya-Ukrayna müharibəsinə görə,  ciddi iqtisadi problemlər olmayacaq. Çünki ölkənin kifayət qədər ehtiyatları var. Bütün bunlar başa düşüləndir. Amma bizim ehtiyatlarımız sonsuz deyil. Ona görə də bu gün Azərbaycanın yaxşı münasibətlər qurduğu ölkələr arasında yeni tərəfdaşlar axtarmaq lazımdır. Məsələn, Rusiya taxılının yerini Pakistan doldura bilər. Təbii ki, prezidentin tapşırığı ilə Azərbaycan hökuməti bu istiqamətdə zəruri addımlar atır" – Vahid Əhmədov fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
 

Sosial       Tarix: 19 aprel 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qubada ağır qəzada ölən gəncin fotosu

Quba rayonunun Tüləkəran kəndi ərazisində qeydə alınan ağır qəzada ölən 2003-cü il təvəllüdlü Fəqan Ədilovun fotosu yayılıb. Qeyd edək ki, hadisə zamanı "Lada Niva" markalı avtomobil dərəyə aşıb. Qəza nəticəsind

Nazir müavininin oğlunun toyunda qadağa

Xəbər verdiyimiz kimi, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu, 36 yaşlı Rüstəm Hacıyev ötən gün evlənib.  Axşam.az-a istinadla xəbər verir ki, o, 20 yaşlı rusiyalı bloger Avrora Kiba ilə nika

Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir

Almaniyanın avtomobil sənayesi dərin böhranla üzləşib. Ştutqartda yerləşən avtomobil istehsalçısı Mercedes-Benz ölkədəki zavodlarına bütün yeni investisiyaları müvəqqəti dayandırmaq qərarına gəlib. xəbər verir ki, şirkə

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama

Payız-qış mövsümünə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinin istiliklə təminatı nəzarətə götürülüb. xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb. Məktəb və uşa

Naxçıvanda qəzada ölən qazi dəfn edilib

Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında baş verən qəzada həyatını itirən qazi Hüseynalı Hüseynəliyev dəfn edilib. xəbər verir ki, ehtiyatda olan kapitan, qazi H.Hüseynalıyev Naxçıvan şəhər qəbiristanlığınd

Bakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu

Bakı-Astara magistral yolunda avtomobil piyadanı vurub. Hadisə magistral yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik maşını 1990-cı il təvəllüdlü Aynur Zəbiyevanı vurub. Zərərçəkən ağı

Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü

Bakıda restoranlardan birində dava baş verib. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanı

Dəm qazı can aldı

Gəncə şəhərində iki nəfər dəm qazından boğulub. Hadisə noyabrın 11-də qeydə alınıb. 1972-ci il təvəllüdlü İsgəndər Hacıyev və dostu 1987-ci il təvəllüdlü Tural Məmmədov kirayədə yaşadıqları H.Əliyev prospektində yerləşə

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb. "Report"-a istinadən xəbər verir ki, hadisə şəhərin Dəmir Yolu Vağzalı yaxınlığında olan binalardan birində qeydə alınıb. Meyitlər Məhkəmə Tibbi Ekspertiza və Patoloj


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal son xeberler bugun 2026 azerbaycan cəbhədən son görüntülər cəbhədən video