Vahid taksi sistemi yaradılır ? - 'Bolt' və 'Uber' sürücülərinə BƏD XƏBƏR

Vahid taksi sistemi yaradılır ? - 'Bolt' və 'Uber' sürücülərinə BƏD XƏBƏRRəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanov bildirib ki, vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd var. Onun sözlərinə görə, bununla nazir məşğul olur: "Metro, avtobus, taksi vahid olsa, daha yaxşı olar".
Vahid taksi sisteminin yaradılmasını hələ 2017-ci ildə Bakı Nəqliyyat Agentliyi (BNA) təklif etmişdi. Qurumdan bildirilmişdi ki, Bakıda taksilərlə bağlı pərakəndə vəziyyət mövcuddur və bu vəziyyəti düzəltmək üçün vahid taksi sistemi gərəkdir.
2020-ci ildə də BNA bununla bağlı bir konsepsiyanı təqdim etdi. Konsepsiyada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin, kvotanın tətbiqi və sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər öz əksini tapmışdı. Üstəlik, vahid tarif da təklif olunmuşdu.
"Taksilərə taksometrin qoyulması da vacibdir"
Milli Məclisin deputatı Azər Badamov bildirib ki, vahid taksi xidmətini yaratmaqdansa, bu xidmət üçün norma və tələblər müəyyənləşsə, daha yaxşı olar: "Çünki taksi xidməti kimi fəaliyyət göstərən avtomobillərə nəzarət olmadığından onların texniki vəziyyətinin normalara uyğun olub-olmadığını sürücüdən soruşan yoxdur. Ona görə də xoşagəlməz hallar taksi xidmətində çox baş verir".
Onun sözlərinə görə, taksi sürən insanın sağlamlığı və avtomobilinin təmizliyinə riayət edilməsi ilə bağlı da normalar hazırlanmalıdır: "Həmçinin taksilərə taksometrin qoyulması da vacibdir".
Deputat hesab edir ki, vahid taksi xidməti olsa, bu, rəqabət mühitinin davam etməsinə mənfi təsir göstərəcək.
"95 faizi qanunsuz sərnişindaşıma ilə məşğuldur"
Bakı Nəqliyyat Agentliyindən (BNA) isə bildirilib ki, Bakı şəhərində taksi kimi fəaliyyət göstərənlərin 95 faizi qanunsuz sərnişindaşıma ilə məşğuldur: "Onların heç biri taksi deyil. Taksilərlə bağlı Nazirlər Kabinetinin 73 saylı qərarla təsdiq olunmuş norma və qaydaları var. Həmin "taksilər" isə nə bu normalara uyğun gəlirlər, nə də fərqlənmə nişanını alıb fəaliyyət göstərirlər".
"İşçi Masası" Həmkarlar İttifaqları Koalisiyasının baş koordinatoru Afiyəddin Məmmədov isə AzadlıqRadiosuna deyib ki, dövlətin bu formada özəl sektora müdaxiləsi doğru deyil: "Bu müdaxilə taksi sürücülərinin problemlərini həll etməyəcək, əksinə, daha böyük problemləri, o cümlədən korrupsiya mənbələri yaradacaq".
"Bu isə qanunaziddir"
A.Məmmədov dövlətin problemləri qanunla tənzimləməli olduğunu düşünür. Onun sözlərinə görə, şirkətlər sürücünü işə götürərkən onu fərdi sahibkar kimi qeydiyyatdan keçməyə məcbur edirlər və onlarla xidmət müqaviləsi bağlayırlar: "Bu isə qanunaziddir. Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən, əgər görülən iş işəgötürənin əsas fəaliyyət sahəsinə aiddirsə, o zaman əmək fəaliyyətinin xidmət müqaviləsi ilə rəsmiləşdirilməsinə yol verilmir. Bu da o deməkdir ki, sərnişindaşıma ilə məşğul olan şirkət sürücülərlə əmək müqaviləsi bağlamalıdır".
"Bu rəqabət fonunda da qiymətlər optimallaşır"
İqtisadçı Rəşad Həsənovun deməsinə görə isə, Azərbaycanda taksi xidməti çox azsaylı fəaliyyət sahələrindən biridir ki, nisbətən rəqabət var: "Bu rəqabət fonunda da qiymətlər optimallaşır. Bu da bugünkü şəraitdə alıcılıq gücü az olan Azərbaycan vətəndaşı üçün nisbətən uyğundur".
Ekspert qeyd edib ki, həmin şərtlər aradan qaldırılsa, bu, son nəticədə xidmətin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxaracaq: "Çünki rəqabət olanda xidmətin keyfiyyəti artır. Belə bir şəraitdə hökumətin vahid taksi xidməti layihəsini icra etməklə prosesi öz nəzarətinə götürməsi və vahid təriflərə keçid son nəticədə həm xidmətlərin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxaracaq, həm də qiymətlərin əlçatanlığı zəifləyəcək".
"Heç əhalini düşünmürlər?"
Taksi fəaliyyəti ilə məşğul olan və adının çəkilməsini istəməyən bir paytaxt sakini isə belə müzakirələrdən narahat olduğunu deyib: "Məmurlar indi də bizim qəpik-quruşa göz dikib? Bəs bu bahalıq vaxtı heç əhalini düşünmürlər?".
AzadlıqRadiosu / azxeber.com

Sosial       Tarix: 08 oktyabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4


azerbaycan xeberleri yeni xeberler son xeberler enson xeberler xeber.az 2026 son xeber.az sosial yardim