Valyuta bazarında tarazlıq müşahidə olunur - Taleh Kazımov
Ümumilikdə 10 ayda strateji valyuta ehtiyatlarımız 13,2 % artıb.
KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
O bildirib ki, 2023-cü ilin sonuna kimi ÜDM-nin 1,5% artımı proqnozlaşdırılır: "Ərzaq inflyasiyası 4,5 %, qeyri-ərzaq inflyasiyası 5,9 % olub. İllik baza inflyasiya sentyabrda azalıb. Mərkəzi Bank səlahiyyəti çərçivəsində inflyasiyanı azaltmağa çalışıb".
Taleh Kazımov qeyd edib ki, ümumilikdə, Mərkəzi Bankın sterilizasiya portfelinin həcmi (manatla məcburi ehtiyatlar və sterilizasiya yönlü daimi imkan aləti daxil olmaqla) yeni pul siyasəti çərçivəsi işə düşəndən bəri (2022-ci il sentyabrın əvvəli) 3.9 mlrd. manat artaraq 6.4 mlrd. manata çatıb. 10 ay ərzində banklar arasında milli valyutada həm təminatsız, həm də təminatlı pul bazarında bağlanan əqdlərin orta çəkili faiz dərəcələri faiz dəhlizinin dəyişiminə reaksiya verib: "Böyük nailiyyət kimi ilk dəfə ölkədə banklararası REPO faizlərinin Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət etməsini qeyd etmək olar. Belə ki, oktyabr ayında 1 həftəlik banklararası REPO faizi (1W AINAIB) 8.38% olmaqla faiz dəhlizinin daxilində formalaşıb".
"Hazırda valyuta bazarında tarazlıq müşahidə olunur ki, bu da məzənnə sabitliyini dəstəkləyir", – Taleh Kazımov əlavə edib.

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var