Vaqif Abdullayev: İlham Əliyev üçün insan amili, insan taleyi əsas manifestdir

Vaqif Abdullayev: İlham Əliyev üçün insan amili, insan taleyi əsas manifestdirVaqif Abdullayev: İlham Əliyev üçün insan amili, insan taleyi əsas manifestdir
"Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır". Bu ifadənin dərin mənasını başa düşmək o qədər də çətin deyil. Bu sözlər bu gün Azərbaycanı ən qüdrətli dövlətlərdən birinə çevirən ölkə başçısı İlham Əliyevin tez-tez təkrarladığı müdrik cümlələrdən biridir.
İlham Əliyev üçün insan amili, insan taleyi əsas manifestdir. Qəbul etdiyi hər bir müdrik qərarın qayəsi insanların firavanlığına xidmət edir. Prezident İlham Əliyevin demək olar ki, hər çıxışında təkrarlanan bu möhtəşəm fəlsəfi fikrin hər bir insanın həyatında labüd təsirləri də göz qabağındadır.
Oxu.Az xəbər verir ki, siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayev ölkə başçısı və onun apardığı uğrlu siyasət nəticəsində ilbəil inkişaf edən Azərbaycan haqqında yazdığı məqaləsində qeyd edib.
Möhkəm sabitlik və iqtisadi inkişaf yolu ilə inamla irəliləyən Azərbaycan əldə etdiyi möhtəşəm uğurların əsas amili güclü siyasi sabitlikdir. Çünki siyasi sabitlik olmayan ölkələrdə iqtisadi sabitlikdən də danışmaq olmaz. Bu mənada Azərbaycan özünün siyasi sabitliyi, sülh şəraiti ilə digər ölkələrə nümunədir.
Azərbaycan prezidenti xalqına o qədər yaxındır ki, ona kiçikdən böyüyə, sosial statusundan və peşəsindən asılı olmayaraq hər kəs müraciət edə bilir. Qayğısı və çətinliyi olan hər bir vətəndaş son anda onun həssaslığı və qayğısı sayəsində çıxış yolu taparaq problemlrindən qurtula bilir. Məhz bu səbəbdən ölkə başçısı vətəndaşlar üçün ümid çırağı, inam və ilham ünvanıdır.
O, bütün insanların sosial istinadgahı olan İlham Əliyev cəmi 5-6 ay içərisində 4 milyondan artıq insanın sosial həyatında əhəmiyyətli dəyişikliklərə gətirib çıxaran sosial islahatlar həyata keçirib. Bu onun  müdrikliyinin bir nümunəsidir.
Həddindən artıq praqmatik, peşəkar, məqsədyönlü siyasət aparıcısı olan İlham Əliyev Heydər Əliyevin dahiyanə müdrikliyinin sayəsində intişar taparaq, möhkəmlənən milli ideya və milli birlik konsepsiyasını zənginləşdirərək, cəmiyyətinin bütövləşməsinə nail olan liderdir. Azərbaycan cəmiyyətinin yekdilliyi və ideya-fəlsəfi mahiyyət etibarilə möhkəm birliyi, xalq-hakimiyyət monoloitliyi onun rasional xarakterin siyasi məharətinin nəticəsidir.
Güclü idarəçilik, səlis natiqlik və dərin ünsiyyətçilik istedadı İlham Əliyevin liderlik obrazını daha da zəngin ştrixlərlə möhtəşəmləndirir. O, xalqının yüksək etimadını əvəzsiz etibarlı xidməti ilə ödəyib və ödəməyə də davam edir.
Azərbaycan prezidentinin regionlarımıza etdiyi hər səfər əhali tərəfindən toy-bayram əhval-ruhiyyəsi ilə qarşılanır. Hər səfərində on minlərlə insan onunla salamlaşmaq, ona dərin ehtiramını bəyan etmək üçün axışır. Ölkə başçısı öz çıxışında regionlara səfərlərini belə ifadə edir:
 "Mən Azərbaycanın hər bir rayonunda dəfələrlə olmuşam, ən azı hər bir rayonda 5 dəfə, elə rayon var ki, 10 dəfədən çox olmuşam. Bu müntəzəm səfərlərin mənim üçün çox böyük əhəmiyyəti vardır. Bölgələrə səfərlərim həm vətəndaşlarla təmasda olmaq, həm görülən işlərə nəzarət etmək, həm də gələcəkdə görüləcək işlərlə bağlı düzgün addımların atılması üçün gözəl imkan yaradır".
Prezident İlham Əliyevin son bir il ərzində dövlət idarəçiliyinin landşaftını əsaslı şəkildə dəyişən, yeniləşmə strategiyasını, Azərbaycanın prinsipial və dönməz demokratiya quruculuğunun yeni tranzitini müəyyən etməkdədir.
"Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir. Çünki şəffaflıq olmadan biz heç bir islahatı apara bilmərik və nə iqtisadi, nə siyasi cəhətdən ölkə sürətlə inkişaf edə bilməz"-, bəyanatının müəllifi olan Prezident İlham Əliyev dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi, bürokratik aparatın tamamilə ləğvi, bütün dövlət institutlarında şəffaflığın təmin edilməsi, vətəndaşlarla dövlət strukturları və məmurlar arasında müasir və birbaşa xidmət kanallarının yaradılmasına aparan sürətli inqilabi idarətmə sükanının arxasında dayanıb.
Dövlət aparatında yeni yanaşmalar, siyasi idarəetmədə kreativlik, dövlətçilik instititunun yeni meyar və formalarının tətbiqi ölkə başçısının əzmkar qətiyyətinin, qarşısıalınmaz reformalar üslubuna xarakterikdir. Demokratik dövlət quruculuğu Azərbaycanın müasir yeni smasını dünyaya təqdim edir, qərarları ilə hər bir vətəndaşın həyatına yeni nəfəs gətirir.
Onun inamla, imanla, təmkinlə uzaqgörən və ecazkar praqmatik siyasi müdrikliyi saysız uğurların davamını gətirməkdədir. İham Əliyev Azərbaycanın xoşbəxtlik simvoludur. Azərbaycan Respublikası Prezident İlham Əliyevin liderliyi ilə dövlət quruculuğu tarixinin yeni intibahının şanlı mərhələsində inadla irəliləyir. Prezident İlham Əliyev Heydər Əliyevin əmanəti və xalqın ən etibarlı zəmanətidir.
Onun məqsədi, məramı, məsləki, idealı Ona etibar edilmiş vəzifəsini alnı açıq və şərəflə yerinə yetirməkdir. O, öz işinin Ustasıdır. Bu baxımdan İlham Əliyev qürur və fərx edilə biləcək rəhbər, siyasətçidir. İlham Əliyev xalqın ideallarının lideridir. O, Heydər Əliyevin şah əsəri olan Azərbaycanın quruculuq salnaməsinin davam və inkişaf etdirən, ölkəni ilbəil zirvəyə daşıyan yeganə lider olduğu ötən 16 il ərzində özünün şərəfli siyasi fəaliyyəti ilə təsdiqləyibdir.
Hər zaman Heydər Əliyevin zəngin dövlət idarəçiliyini mənimsəmiş şəxs kimi seçilib. Azərbaycan xalqı buna görə ölkə başçısına hər zaman minnətdardır. Onun fəaliyyəti bu gün Heydər Əliyev irsinin şanlı salnaməsidir. Ulu öndərə olan dərin məhəbbət və ehtiramı onillərdir qəlbində yaşadan milyonlarla insanın inam və etimad ünvanıdır.
Bu gün Azərbaycan dünənkindən daha güclüdür. Səbəbi isə prezident İlham Əliyevin atdığı siyasi addımlar, qarşıya qoyduğu ali məqsədlərdir. Bu gün Azərbaycan dünənkindən daha güclü və qüdrətlidir. Günümüzdə bəzi daxili və xarici qüvvələr güclü Azərbaycanı qısqandığı kimi, onun liderini də qısqanır. Ona görə də, bəzi hallarda Azərbaycana, Azərbaycanın rəhbərinə qarşı iftira və böhtanlar yazmağa cəhd edirlər. Ancaq bu cür cəsarətsiz və ləyaqətsiz addımlar həmin qüvvələrin nə qədər aciz və zavallı vəziyyətdə olduqlarını bir daha sübut edir.
İlham Əliyev üçün Azərbaycan və Azərbaycan xalqı hər şeydən öncə gəlir. Çünki o, hər bir azərbaycanlının rəhbəri, qürur mənbəyidir. İlham Əliyev və xalqın dərin ünsiyyəti bu gün ən möhkəm təməl və güc mənbəyidir. İlham Əliyev xalqımızın yeganə yol seçdiyi Heydər Əliyev siyasətinin parlaq simasıdır. O, Heydər Əliyevin oğlu olduğu qədər, bu xalqın da mərd və yenilməz oğludur.
Cənab Prezident, Sizi doğum gününüz münasibətilə ilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, dövlətimizin daha da qüdrətlənməsi, xalqımızın firavan gələcəyi naminə həyata keçirdiyiniz məqsədyönlü və əzmkar fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram. /oxu.az

Siyasi       Tarix: 23 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Əbu-Dabidə hansı razılaşma əldə olunacaq? – Ekspertdən mühüm açıqlama

ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndə heyətlərinin noyabrın 10-11-də Əbu-Dabidə keçirəcəyi danışıqlar müharibənin dayandırılması istiqamətində növbəti mühüm diplomatik addım kimi qiymətləndirilir. Fevral ayında

Şoyqu: Kiyev uzunmüddətli sülh gətirəcək həll yollarını müzakirə etməyə hazır deyil

Kiyev uzunmüddətli sülh gətirəcək həll yollarını müzakirə etməyə hazır deyil. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında bildirib. Onun sözlərinə görə

Şimali Kipr Türk Respublikasından Azərbaycana təbrik

Şimali Kipr Türk Respublikası (ŞKTR) Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi öz "X" hesabındakı paylaşımda bildirib

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az ən son xəbər azerbaycan son xeber bugun axsam az xeberler