Vardanyanın fəaliyyəti cinayətkar xarakter daşıyır - Nazir
Milyarder Ruben Vardanyanın fəaliyyəti cinayətkar və avantürist xarakter daşıyır.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Nazir deyib ki, regionda məskunlaşmış Vardanyanın fəaliyyəti avantürist xarakter daşıyır: "O, regionu nə qədər tez tərk etsə, hamı üçün bir o qədər yaxşı olar. Çünki bundan ilk növbədə yerli əhali əziyyət çəkir. Belə ki, bu, yerli əhalinin reinteqrasiya prosesinə mane olur".
XİN başçısı bütün maraqlı tərəfləri regionda yaşayan erməni əhalisinin reinteqrasiyası prosesinə töhfə verməyə çağırıb.
C.Bayramov Azərbaycan tərəfinin bu istiqamətdə addımlar atdığını və bu addımları gələcəkdə də davam etdirməyə hazır olduğunu söyləyib.

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO