Venesuelada zəlzələ: 235 ölü, 4300 yaralı

Venesuelada zəlzələ: 235 ölü, 4300 yaralıVenesuelada paytaxt Karakas yaxınlığında baş verən 7,2 və 7,5 bal gücündə iki dağıdıcı zəlzələdən sonra axtarış-xilasetmə əməliyyatları davam edir. Son rəsmi məlumata görə, təbii fəlakət nəticəsində azı 235 nəfər həlak olub, 4300-dən çox insan yaralanıb.
KONKRET.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, xilasetmə qrupları Karakas və sahilyanı La Quayra şəhərində dağıntılar altında qalan insanları xilas etmək üçün zamana qarşı mübarizə aparır.
Hakimiyyət orqanları 40 mindən çox şəxsin itkin düşmüşlər siyahısında olduğunu açıqlayıb. Bu səbəbdən ölənlərin sayının daha da arta biləcəyi ehtimal edilir.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, ilk zəlzələ 7,2 bal gücündə olub, cəmi 39 saniyə sonra isə 7,5 bal gücündə ikinci, daha güclü təkan qeydə alınıb. Zəlzələlərin 21,9 və 10 kilometr dərinlikdə baş verməsi dağıntıların miqyasını daha da artırıb.
Təkanlar ölkədə milli bayram zamanı baş verdiyindən insanların böyük hissəsi evlərində olub. Minlərlə sakin evləri yararsız vəziyyətə düşdüyü üçün gecəni küçələrdə keçirməli olub.
Müvəqqəti Prezident Delsi Rodriges ölkədə fövqəladə vəziyyət elan edib. Milli Assambleyanın sədri Xorxe Rodriges ölənlərin sayının artmaqda davam etdiyini bildirib. Karakasla yanaşı, Truxilyo, Yarakuy, Karabobo, Araqua və Miranda ştatları da ciddi zərər görüb.
Çakao rayonunun meri Qustavo Duke bildirib ki, təkcə bir yaşayış binasının uçması nəticəsində 11 nəfər ölüb, 23 nəfər isə dağıntılar altından sağ çıxarılıb.
Paytaxt yaxınlığındakı Simon Bolivar Beynəlxalq Hava Limanı tavanların çökməsi və ciddi zədələr səbəbindən fəaliyyətini dayandırıb. Bölgədə indiyədək 30-dan çox təkrar təkan qeydə alınıb, elektrik və internet kəsintiləri isə xilasetmə və ziyanın qiymətləndirilməsi işlərini çətinləşdirir.
Fəlakətdən sonra beynəlxalq yardım kampaniyası da başlayıb. ABŞ Venesuelaya axtarış-xilasetmə əməliyyatlarını dəstəkləmək üçün 150 milyon dollarlıq yardım ayırdığını açıqlayıb. ABŞ Prezidenti Donald Tramp bütün aidiyyəti qurumlara operativ hərəkət etmək tapşırığı verdiyini bildirib.
Türkiyə, Meksika, Salvador, Dominikan Respublikası və Qətər də zərərçəkən bölgələrə axtarış-xilasetmə qrupları və tibbi yardım göndərdiklərini açıqlayıblar.

Hadisə       Tarix: 26 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Türkiyənin 7 vətəndaşına qarşı cinayət işi açıb ki, onlardan da biri Fateh Tezcandır. -a istinadən xəbər verir ki, Fateh Tezcan 1976-cı ildə İstanbulun Bakırköy rayonunda anadan olub

Kişi arvadını və 3 yaşlı uşağını bıçaqladı

Lənkəran şəhərində kişi həyat yoldaşına və azyaşlı oğluna bıçaqla xəsarət yetirib. KONKRET.azTeleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində, "Müəllimlər Binası" kimi tanınan yaşayı

Bakıda məktəb mühafizəçisinə hücum edildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasınd

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

Qaradağda məktəb direktorunun maşını yandırıldı

Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb. KONKRET.azapa-ya istinadən xəbər verir ki, yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Bu fakt bir daha onu nümayiş etdirir ki

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə


azerbaycan xeberleri yeni xeberler son xeberler bu gunun xeberleri haqqinda melumat enson xeberler novruz bayramı xeber saytlari