Vətən Müharibəsi iştirakçılarının saxlanılmasına - DİN-dən reaksiya
Daxili İşlər Nazirliyi Naftalanda Vətən Müharibəsi iştirakçılarının saxlanılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
DİN-in Mətbuat Xidmətindən azxeber.com-a bildirilib ki, sosial şəbəkələrdə Naftalanda Aşura günü sərxoş vəziyyətdə avtomobil idarə edən şəxslərin qanunsuz əməlləri bağlı polis əməkdaşları tərəfindən qanuni tədbirlərin görülməsi ilə bağlı iddialar səsləndirilib.
Belə ki, iyulun 16-da gecə saatlarında Naftalan şəhər ərazisindəki marketlərin birinin qarşısında "Mercedes" markalı avtomobilə bir qrup şəxs sərxoş vəziyyətdə ictimai qaydanı kobud surətdə pozub.
Ərazidə xidmət aparan polis əməkdaşları onları nizam-intizama dəvət etmələrinə baxmayaraq, avtomobildə olan Ayaz Cəfərli, Elvin Muradov, Ruslan Səfəralıyev, Taleh Alcəfərov və Nihad Quliyev özlərini Vətən müharibəsi iştirakçısı olduqlarını əsas gətirərək ictimai yerdə söyüş-təhqirlə müşahidə olunan qanunsuz əməllərini davam etdirib.
Əməllərinin araşdırılması üçün Naftalan ŞPŞ-nə gətirilən zaman A.Cəfərli və T. Alcəfərov qeyri-adekvat əməllərini davam etdirərək polis əməkdaşlarının xidmətinə mane olublar. Həmin şəxslər sərxoşluq müayinəsindən keçirilən zaman A.Cəfərli, E. Muradov və R.Səfəralıyevin orta dərəcəli sərxoş olmaları müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, adları çəkilən vətəndaşların əməlləri ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir, polis əməkdaşları qanunla müəyyən olunan vəzifələri icra edib.
Onların əməlləri ilə bağlı Naftalan ŞPŞ-nin İstintaq Qrupunda araşdırmalar davam etdirilir".
Turlar.az [newsid: 0-123300]

Yekun bəyanat qəbul edildi
Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama
Ermənistan Azərbaycan və Türkiyə sisteminə QOŞULUR - Paşinyan yeni planını AÇIQLADI
Şəkidə 4 yaşlı qıza it hücum edib - Xəsarət yetirdi
Trampın İran planı üzə çıxdı - TƏCİLİ
"Aquşa" ilə bağlı xoşagəlməz fakt - XƏBƏRDARLIQ
Şəmkirdə vəzifəli şəxs öldü
Məktəbdə həyəcanlı anlar: Uşaqlar helikopterlə xəstəxanaya çatdırıldı
İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib
Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi
İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu
Əməkdar müəllim vəfat etdi
38 yaşlı aktyor faciəli şəkildə həyatını itirdi
Tanınmış həkim həbs olundu
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib