Veteran cüdoçular daha 5 medal qazandılar
Azərbaycanın veteran cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən Avropa çempionatının ikinci günündə 2 qızıl və 3 bürünc medal qazanıblar.
KONKRET.az xəbər verir ki, M3 yaş kateqoriyası üzrə 66 kiloqramda mübarizə aparan Vüqar Babayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
60 kiloqramda Mənsur Abbasov, 81 kiloqramda Azər Fətullayev və 100 kiloqramda Nizami Məmmədov bürünc mükafata yiyələniblər. 100 kiloqramda çıxış edən Valeri Fomin 5-ci, Ramil Muradov isə 7-ci pillədə qərarlaşıblar.
M4 yaş kateqoriyası üzrə 100 kiloqramda Emil Hüseynov birinci yeri tutub. 73 kiloqramda Əli Əlibəyli isə üçüncü sırada yer alıb. 60 kiloqramda Babək Hacıyev, 66 kiloqramda Rəfael Mehdiyev, 81 kiloqramda Rauf Fərzəliyev və 90 kiloqramda Mahir Ağamirzəyev 5-ci olublar.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycanın veteran cüdoçuları 3 medal qazanıblar. İyunun 9-na kimi davam edəcək qitə birinciliyində 35 ölkədən 800 cüdoçu mübarizə aparır.

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto