Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir
Ölkənin pərakəndə sektorunda geniş şəkildə təmsil olunan Veysəloğlu Şirkətlər Qrupu Naxçıvan Muxtar Respublikasında da silsilə market açılışlarını davam etdirir. Yaradılmasının 30 illiyini qeyd edən Veysəloğlu Şirkətlər Qrupu artıq Naxçıvan ərazisində 3 "Araz" və 8 "OBA" marketini açıb. Bununla da "OBA" marketlər şəbəkəsi özünün sayca 1500-cü marketini Naxçıvanda açmış oldu.
Veysəloğlu Şirkətlər Qrupu mağaza açılışları ilə artıq Muxtar Respublikada 150 yeni iş yerinin yaradılmasını təmin edib. Şirkətlər Qrupu Naxçıvandakı fəaliyyəti ilə yerli istehsalı stimullaşdırmağı, yeni iş yerləri açmağı və yerli fermerlərin istehsal etdikləri məhsulların geniş satışını təşkil etməyi hədəfləyir.
Şirkətlər Qrupuna daxil olan "Araz" supermarketlər şəbəkəsi Naxçıvan şəhərinin Nəsrəddin Tusi 11 küçəsində, 1500 kvadrat metr sahəsi olan yeni mağazasının açılışını edib. Bununla da "Siz harada, Araz orada" şüarı ilə fəaliyyət göstərən "Araz" supermarketlər şəbəkəsinin Muxtar Respublika ərazisindəki mağazalarının sayı 3-ə çatdı.
"Araz" supermarketlər şəbəkəsinin Naxçıvandakı yeni filialının açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov, eləcə də bir sıra dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Fuad Nəcəfli Naxçıvanda fəaliyyətə başlayan "Araz" mağazası ilə tanış olub və açılış mərasimində çıxış edərək təbriklərini çatdırıb.
Tədbirdə çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov bildirib ki, Şirkətlər Qrupu Naxçıvanda "Araz" və "OBA" marketlər şəbəkələrinin 13 mağazasını istifadəyə verib və bununla da Naxçıvanda 150 yeni iş yeri yaradılıb. Aydın Talıbov qeyd edib ki, yeni istifadəyə verilən marketlərin hər birində müasir alış-veriş standartları və yüksək keyfiyyətli xidmət şəraiti yaradılıb:
"Veysəloğlu Şirkətlər Qrupu Naxçıvandakı fəaliyyəti ilə yerli istehsalı stimullaşdırmağı, yeni iş yerləri açmağı və yerli fermerlərin istehsal etdikləri məhsulların geniş satışını təşkil etməyi planlaşdırır. Mağazalarımızın sayını artırmaqla biz Muxtar Respublikada yeni iş yerlərinin açılmasına, burada iqtisadiyyatın digər sahələrinin inkişafına töhfələrimizi davam etdirəcəyik". Naxçıvan şəhəri Nəsrəddin Tusi 11 küçəsində istifadəyə verilən superstore formatlı yeni "Araz" mağazasının açılış lentini Aydın Talıbov və atası Veysəl Talıbov kəsib.
Şirkətlər Qrupuna daxil olan "OBA" marketlər şəbəkəsi isə Naxçıvanın Kəngərli rayonunda 1500-cü marketinin möhtəşəm açılışını edib. Marketin açılışında Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbovla yanaşı, Kəngərli Rayon İcra Hakimiyyətinin rəhbər heyəti və kənd nümayəndələri iştirak edib. Artıq Naxçıvanın Kəngərli, Babək, Ordubad, Sədərək və Şərur regionlarında "yaxın və qənaətli qonşunuz" şüarı ilə fəaliyyətə başlayan "OBA", keyfiyyətli məhsulları və sərfəli qiymətlərlə müştərilərinin xidmətindədir.




/ azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır
Arif Mirzəyev vəfat etdi
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü