Vəziyyət gərginləşdi - Dəhliz savaşı Pakistanı da hədəfə gətirdi

Vəziyyət gərginləşdi - Dəhliz savaşı Pakistanı da hədəfə gətirdiPakistanın cənub-qərbindəki Qvadar liman şəhərində etirazlar baş verib. Çin bu vəziyyətdən narahatdır. Çünki həmin limanı Çin işlədəcək.
KONKRET.az xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, Qvadar limanı Pakistan-Çin iqtisadi dəhlizinin əsas mərkəzi sayılır:
"Layihənin dəyəri təxminən 50 milyard dollardır. Limanı inşa edən Çinin layihəyə böyük ümidləri var. Qvadar limanı Çinin "Bir Kəmər, Bir Yol" təşəbbüsünün tərkib hissəsidir.
Dəniz limanı ətrafında yaşayan bəluclar layihədən əldə ediləcək gəlirdən pay istəyirlər. Pakistan təhlükəsizlik qüvvələri liman ətrafını nəzarətə götürüb. Buna baxmayaraq, etirazçıların bir hissəsi limana çata biliblər. Onların bir qismi həbs olunub.
Bəlucistanda zaman-zaman müxtəlif gərginliklər yaşanır. Pakistanla yanaşı, İran da radikal bəluclarla mübarizə aparır. Bu ilin yanvarında SEPAH Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə raket zərbələri endirmişdi. Tehran iddia etmişdi ki, əsas məqsədi bölgədəki "terror qruplaşmaları" olub. Buna cavab olaraq, Pakistan da İran ərazisindəki terrorçu qruplaşmalara zərbə endirdi. Bu, iki ölkə arasında gərginliyin artmasına səbəb olmadı. Ancaq bəluclar istənilən zaman yenə hər iki tərəfə problem yarada bilərlər.
Çinin həm Pakistan, həm də İranla sıx əlaqələri var. Çin Pakistana böyük yatırımlar qoyub, İranla bağlı da yüz milyardlarla dollarlıq sazişləri mövcuddur. Ona görə də İran-Pakistan sərhədindəki bəlucların fəallığı Çinin narahatlığına səbəb olur. "Bir Kəmər, Bir Yol" dəhlizinin keçdiyi ərazilərdə qeyri-sabitlik layihəyə problem yarada bilər".  /Teleqraf.com

Siyasi       Tarix: 13 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev və ailəsi COP31 Liderlər Sammitində iştirak edir

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. xəbər verir ki, Zelenski bu haqd

Türkiyə Ermənistanla sərhədi açır?

Türkiyə Ermənistanla dəmir yolu sərhəd-keçid məntəqəsinin və Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün zəruri hazırlıqları tamamlayıb. xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadi

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 11-d

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadim

Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsind

Azərbaycan FAMEX-ə dəvət edilib

Azərbaycan Meksika Aerokosmik Sərgisinə (FAMEX) dəvət olunub. xəbər verir ki, bu dəvət FAMEX Komitəsinin nümayəndələrinin Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyevlə görüşündə səsləndirilib. "Diplomatik görü

Donbas Rusiyaya verilsin, Finlandiya NATO-dan çıxsın – Rusiyanın məqsədi nədir?

Ukraynada müharibənin dayandırılması ilə bağlı diplomatik müzakirələr davam edir. Tərəflər arasında müharibənin başa çatdırılması üçün müxtəlif təkliflər və şərtlər gündəmə gətirilir. Rusiyanın irəli sürdüyü iddia oluna


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son xəbərlər 2026 en yeni xeberler valyuta mezennesi bugunun xeberleri