Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi - FOTO
Bakıda viza düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq əməllərində təqsirləndirilən "Avion Travel" MMC-nin direktoru Lalə Rəcəbova həbs edilib.
azxeber.com-un məlumatına görə, L.Rəcəbova öz qulluq mövqeyindən sui-istifadə etməklə vətəndaşlara qarşı dələduzluq edib.
Belə ki, o, Bakı şəhəri, Yasamal rayonunda yerləşən ofisində Avropanın Almaniya, Norveç və Niderland ölkələrinə səfirliklərdən biri vasitəsilə viza düzəltmək adı ilə vətəndaşlara yalan vədlər verməklə müxtəlif məbləğlərdə pullarını talayıb.
Yasamal Rayon Polis İdarəsində aparılan istintaq hərəkətləri ilə onun qanunsuz əməlləri ilə bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsi maddəsi ilə başlanan cinayət işinin ilkin araşdırması zamanı 148 şəxs zərərçəkmiş kimi tanınıb.
Onlara dəyən ziyan 368.675 manat olduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən əlavə olaraq, istintaqla daha 56 şəxsin zərəçəkmiş qismində tanınması ilə bağlı proses aparılır. Müəyyən edilib ki, respublika üzrə ümumilikdə "Avion Travel"dən şikayətçi 202 nəfərdir və dəyən ümumi maddi ziyanın 498.175 manatdır.
Məlumata görə onun əməllərindən zərərçəkənlərin çox olması istisna edilmir.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polisə müraciət edə bilərlər. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.


Əməkdar müəllim vəfat etdi
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu