Voleybol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək
Azərbaycan qadın voleybolçular arasında Avropa çempionatına (CEV EuroVolley Women) ev sahibliyi edəcək.
Bu barədə KONKRET.az-a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
Ölkəmiz Gürcüstanla birgə keçirdiyi AVRO-2017-dən doqquz il sonra yenidən bu hüquqa sahib çıxıb.
Azərbaycan dörd qrupdan birinə ev sahibliyi edəcək. Qarşılaşmalar 2017-ci ildə olduğu kimi yenə Milli Gimnastika Arenasında təşkil olunacaq. Serbiyanın çempion olduğu həmin yarışda Azərbaycan Avropanın ən güclü dörd komandasından biri olub.
2026-cı il yayın sonuna planlaşdırılan turnirdə ümumilikdə Avropanın 24 ən yaxşı komandası iştirak edəcək. Bu komandalardan altısı məhz Bakıda mübarizə aparacaq.Azərbaycanla yanaşı, Çexiya və İsveçin AVRO-2026-ya birgə ev sahibliyi edəcəyi artıq təsdiqlənib.
CEV prezidenti Aleksandar Boriçiç qitə birinciliyinin yenidən ölkəmizdə keçirilməsi ilə bağlı fikirlərini bölüşüb: "Biz əminik ki, Avropa çempionatı Azərbaycan yığmasının hazırkı üzvləri, eləcə də gənclər üçün böyük stimul olacaq, gələcək nəsil azərbaycanlı oyunçuları ruhlandıracaq. Biz onlarla işləməyi səbirsizliklə gözləyirik. Əminik ki, Azərbaycan Voleybol Federasiyası yarışın yenə yüksək səviyyədə təşkili üçün əlindən gələni edəcək".
Xidmetler [newsid: 0-123300]

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto