Voleybol üzrə Zəfər Kubokunun püşkü atıldı
"Avrora Qrup", İdman Araşdırmalar Mərkəzi və Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında keçiriləcək voleybol üzrə Zəfər Kubokunun püşkü atılıb.
KONKRET.az xəbər verir ki, tədbir AVF-nin mənzil-qərargahında baş tutub.
Püşkatmada 8 komanda iştirak edib. Bunlar işğaldan azad olunmuş əraziləri təmsil edən "Şuşa", "Ağdam", "Kəlbəcər", "Füzuli", "Zəngilan", "Xankəndi", "Xocalı" və "Suqovuşan"dır.
Püşkatma mərasiminə İAM-ın sədri Elşən Məmmədov, AVF-nin baş katibi Fərid Xəlilov, baş sponsor "Avrora Qrup"un İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Elvin Babayev, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov və iştirakçı komandaların nümayəndələri qatılıblar.
Turnir olimpiya sistemi ilə keçiriləcək. Hər oyun 3 hissədən ibarət olacaq. İlk iki hissə 25-dən, bərabərlik qeydə alınsa, üçüncü set isə 15-dən ibarət olacaq.
Məlumat üçün bildirək ki, Zəfər Kubokunun qalibinə Zəfər Kuboku, pul mükafatı və diplomlar, finalçı komandaya diplomlar veriləcək. Eyni zamanda yarışın ən yaxşı voleybolçusu da əlavə olaraq pul mükafatı alacaq.


Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi