Vüsal Quliyev: "Vətən müharibəsində qələbə xalqımıza mənəvi üstünlük gətirdi

Vüsal Quliyev: "Vətən müharibəsində qələbə xalqımıza mənəvi üstünlük gətirdi".
"Report"un məlumatına görə, bunu Biləsuvarda keçirilən ilk Zəfər forumunda Prezident Administrasiyasının Qeyri-hökümət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib.
V.Quliyev qeyd edib ki, bu qələbə tarixi inkişafımızda və yüksəlişimizdə yeni mərhələnin uğurlu başlanğıcının əsasını qoydu:
"44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqımızın sıx birliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə olunan qələbə xalqımıza mənəvi üstünlük gətirdi. Burada Ali Baş Komandan, Prezident İlham Əliyevin diplomatik cəbhədə və informasiya müharibəsində əzmkar fəaliyyəti, müdrik və uzaqgörən dövlət xadiminin qətiyyətinin təcəssümünü xüsusi ilə qeyd etmək lazımdır. Haqqın şanlı zəfərinə möhür vurmaq hər xalqa, hər dövlətə və hər Prezidentə - Ali Baş Komandana nəsib olmur".
Məlumat üçün bildirək ki, bu gün Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz Ibrahimovun adını daşıyan Təhsil Kompleksində baş tutub ilk Zəfər Forumu keçirilib.
Tədbirdə Prezident Administrasiyasının Qeyri-hökümət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Lerik, Astara, Yardımlı və Cəbrayıl rayonlarını təmsil edən müharibə iştirakçıları, şəhid ailələri, rayon fəalları iştirak edib.
Forum Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb.
Tədbiri giriş sözü ilə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı F. Qürbətov açaraq, ilk Zəfər forumunun Biləsuvarda keçirilməsinin əhəmiyyətini qeyd edib. Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi döyüş yolundan söhbət açıb.
Daha sonra Forumda iştirak edən rayonlardan gələn şəhid ailələrinin və müharibə iştirakçılarının çıxışları dinlənilib, həmçinin hərbi vətənpərvərlik mövzusunda mahnılar ifa olunub. Qeyd edək ki, növbəti Zəfər forumları Gəncə, Ağstafa, Qusar, Ağdam, İsmayıllı, Sabirabad və Bakıda keçiriləcək. / azxeber.com

Sosial       Tarix: 07 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən yeni xəbərlər xeberlər cəbhədən ən son xəbərlər