"Vyetnam Azərbaycan münasibətlərində yeni mərhələ başlayır
Xəbər verdiyimiz kimi, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam və xanımı No Fon Li may ayının 7-də Azərbaycanda işgüzar səfərdə olublar.
Vyetnamın baş katibinin Bakı səfərinin əhəmiyyəti ilə bağlı politoloq İlyas Hüseynov azxeber.com-a danışıb.
O İlham Əliyevin Çinə olan uğurlu səfərindən sonra coğrafiyada yerləşən digər dövlətlərin də Azərbaycana xüsusi maraq göstərdiyini bildirib:
"Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Çin Xalq Respublikasına çox uğurlu səfəri baş tutdu və tarixi əhəmiyyət kəsb edən sənədlər imzalandı. Bunun ardınca məhz bu coğrafiyada yer alan digər dövlətlər də Azərbaycanla əməkdaşlığa can atmağa başladılar.
Əlbəttə, Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı faydaya əsaslanan münasibətləri mövcuddur və bu xüsusda Vyetnam ilə münasibətlər də xüsusi əhəmiyyətə malikdir".
Politoloq həmçinin görüşün gələcəkdə statistik göstəricilərə, rəqəmlərə, ticari-iqtisadi münasibətlərdə artıma səbəb olacağını da qeyd edib:
"Hesab edirəm ki, Vyetnamın baş katibinin Bakıya səfəri də iktərəfli və çoxtərəfli münasibətlərdə inkişafa səbəb olacaq.
Əlaqələrin geniş potensialı var. Baxmayaraq ki, dövlətlər bir-birindən çox aralı coğrafiyada yerləşirlər, lakin siyasi, iqtisadi, mədəni, humanitar, enerji, nəqliyyat sahəsində münasibətlərin inkişafını stimullaşdırmaq gərəkdir.
Hesab edirəm ki, Vyetnamın baş katibinin Azərbaycana səfərindən sonra münasibətlərdə yeni bir mərhələnin başlağıcının şahidi olacağıq.
Bu da statistik göstəricilərə, rəqəmlərə, ticari-iqtisadi münasibətlərdə artıma səbəb olacaq. Çünki səfər çərçivəsində çox mühüm müzakirələr, önəmli razılaşmalar keçirildi.
Əldə olan razılaşmalar həm də bizdə ümid yaradır ki, Azərbaycan ilə Vyetnam arasında münasibətlərin çox yaxşı gələcəyi var".
Oksana Orucova
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək