WEF: Azərbaycan rəqəmsal investisiya cəlbediciliyini gücləndirir

WEF: Azərbaycan rəqəmsal investisiya cəlbediciliyini gücləndirirRəqəmsal transformasiyanın iqtisadi artımın əsas amili olduğu, sürətlə dəyişən qlobal şəraitdə Azərbaycan həm yerli, həm də beynəlxalq investisiyalar üçün cəlbedici mühit yaratmaqla rəqabətqabiliyyətli mövqe tutmaq üçün tədbirlər görür.
KONKRET.az "Report"a istinadən xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunun (WEF) "Impact Report: Centre for the Fourth Industrial Revolution Network 2023-2024" adlı hesabatında qeyd olunub.
Bildirilib ki, Azərbaycanda reallaşdırılan "Digital FDI" layihəsinə bir sıra strateji görüşlərlə start verilib: "Azərbaycanın rəqəmsal iqtisadiyyatında fəaliyyət göstərən yerli və beynəlxalq müəssisələrlə keçirilən sorğular və müsahibələr bazar dinamikası, çağırışlar və potensial haqqında ətraflı məlumat əldə etməyə imkan verib".
Vurğulanıb ki, "Digital FDI" təşəbbüsü artıq Azərbaycanda innovasiya və sahibkarlıq mədəniyyətinin inkişafına əhəmiyyətli təsir göstərir: "Seminarlar bilik mübadiləsinə və yerli biznesin qlobal rəqəmsal transformasiya tendensiyalarına uyğunlaşdırılmasına strateji dəstək verib. Şirkətlər və startaplar rəqəmsal hazırlıq səviyyələrini qiymətləndirmək və inkişaf sahələrini müəyyənləşdirmək üçün praktiki tövsiyələr alıblar və bu da onların investisiya cəlb etməsinə və fəaliyyətini genişləndirməsinə şərait yaradır".
Hesabata əsasən, layihə çərçivəsində "InvesTech" kalkulyatoru yaradılıb: "Bu, rəqəmsal investisiya mənzərəsi haqqında aydın məlumat təqdim edərək investisiya qərarlarının qəbulunu sadələşdirmək üçün nəzərdə tutulub. Bu alət layihənin strategiyasının mühüm hissəsini təşkil edir və prosesin şəffaflığını artırmaqla yanaşı, daha çox birbaşa xarici investisiya cəlb etməyə yönəlib".
Hesabatda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun da fikirlərinə yer verilib. O qeyd edib ki, 2024-cü ilin iyun ayında dərc edilən Dünya İqtisadi Forumunun "IDEA: Investing in the Digital Economy of Azerbaijan" təşəbbüsü Azərbaycanın startaplar və innovasiyalar üçün əlverişli mühit yaradılmasında nailiyyətlərini yüksək qiymətləndirib.
Hesabatda deyilir ki, xarici investisiyaların cəlb edilməsi, özəl sektorun stimullaşdırılması, rəqəmsallaşmanın inkişafı və müvafiq addımların atılması ölkənin sosial-iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Sosial       Tarix: 23 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü

Bakıda ağır qəza zamanı xəsarət alan şəxs iş adamı imiş. -a istinadən xəbər verir ki, noyabrın 4-də paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs iş adamı Şənli

Gələn il pensiyalar belə artırılacaq 

"Gələn ilin pensiya artımları 2026-cı ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq müəyyənləşəcək. Yəni, bu il nə qədər orta aylıq əməkhaqqı artımı baş verəcəksə, o qədər də pensiyalarda artımları müşahid

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama

Payız-qış mövsümünə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinin istiliklə təminatı nəzarətə götürülüb. xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb. Məktəb və uşa

Nigar Kərimova direktor təyin olundu

Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Qeyd edilib ki, digər əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərin

Bu işçilərə 13 və 14-cü maaş veriləcək

Azərbaycan qanunvericiliyində birbaşa "13-cü və ya 14-cü maaş" adlanan məcburi ödəniş növü mövcud olmasa da, bəzi sahələrdə qanunvericilik və ya normativ-hüquqi aktlar səviyyəsində işçilərə ilin yekunlarına gör

Kredit götürənlərə faiz güzəşti ediləcək? – Ekspertdən AÇIQLAMA

Banklardan kredit götürən şəxslərə təklif olunan sığorta xidmətləri borcalanlar üçün əlavə xərc yaratsa da, bunun qarşılığında hansı üstünlüklərin əldə edildiyi sual doğurur. Xüsusilə kredit sığortasının kreditin təsdiqlənməsinə

Evdə pul saxlayanlara xəbərdarlıq - Hər il itirirsiniz

Bəzi insanlar pullarını banka qoyaraq faiz gəliri əldə etməyə üstünlük versə də, bir çoxları yığımlarını evdə, öz yanında saxlamağa üstünlük verir. Nənə-babalarımızdan miras qalan bu vərdiş bu gün də aktuallığını qoruyur

Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı "Belém Missiyası – 1,5C" hesabatı Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində ictimaiyyətə təqdim edilib. -un xəbərinə görə, bu barəd

Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub

Nizami Kino Mərkəzində Bakı Media Mərkəzinin istehsalı olan "Sükut içində addımlar" tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilib. xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber.az son xeberler cəbhədən son vəziyyət hava proqnozu xəbər.az