Xadimə ilə əlbir oldu, müdirini zəhərləyib 423 min dollar oğurladı: Dəhşətli cinayətin TƏFƏRRÜATI

Xadimə ilə əlbir oldu, müdirini zəhərləyib 423 min dollar oğurladı: Dəhşətli cinayətin TƏFƏRRÜATIMənmsəmə cinayətində ittiham olunan Nelli Fabriçnayanın cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində proses başlayıb.
azxeber.com Midern.az-a istinadən xəbər verir ki, ittiham aktına görə, Nelli Fabriçnaya iş üzrə zərərçəkmiş qismində tanınan Əfqan Zeynalovun baş direktoru olduğu şirkətin külli miqdarda pulunu mənimsəmə yolu ilə ələ keçirib.
İttihamda göstərilir ki, N.Fabriçnaya seyfdən ümumilikdə 423 min dollar pulu götürərək mənimsəyib. O isə həmin pulların bir hissəsini şirkətin xadiməsi olan Mehriban Atakişiyeva adlı qadına, bir hissəsini isə özünün keçmiş sevgilisi olan Raufa peşkəş edib.
Belə ki, Fabriçnaya ofisdə işləyən xadimə Mehriban Atakişiyeva ilə əlbir olaraq, Əfqan Zeynalovu zəhərləyib.
İstintaq müddətində azadlıqda qalan Fabriçnayaya ancaq mənimsəmə ittihamı verilib. O, yalnız məhkəmənin hazırlıq iclasında həbs edilib. 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həmin cinayət işi üzrə hakim Faiq Qəniyevin sədrliyi ilə növbəti proses keçirilib və Əfqan Zeynalovun rəhbəri olduğu şirkətdə xadimə işləmiş Mehriban Atakişiyeva ifadə verib. M. Atakişiyeva zərərçəkmişin vəkilinin və hakimin sualları qarşısında dolaşaraq ziddiyyətli ifadə verib. Onun ifadələrindən bəlli olub ki, Nelli Fabriçnaya ilə cinayəti birgə törədiblər və Ə. Zeynalova məxsus seyfdən oğurladıqları pulu da öz aralarında hələlik istintaq bəli olmayan nisbətdə bölüşdürüblər.
İfadəsində sadəcə xadimə işlədiyini və kasıbçılıqla yaşadığını bildirən xadimə hakimin və dövlət ittihamçısının "siz özünüzün də iddia etdiyiniz kimi, yeməyə və dərmanlara pul tapmadığınız halda 3 gün müddətində oğurladığınız pulun 70 min manatını necə qaytara bildiniz" sualı qarşısında heç bir cavab verə bilmədi.
Qeyd edək ki, xadimə işləyən M. Atakişiyeva istintaq dövründə taladığı seyfdən ona çatan məbləğdən 70 min manatlnı zərərçəkmişə qaytarıb.
Burada diqqətçəkən bir məqamsa Nelli Fabriçnayanln Mehriban Atakişiyevadan başqa öz sevgilisini də bu cinayətə bulaşdırmasıdır. N. Fabriçnaya taladığı pulun bir hissəsini Rauf Zülfüqarova verib və istintaq dövründə bu üçlük zərərçəkmişə ümumilikdə 105 min manat qaytarıb.  
Cinayət işinin qaranlıq tərəfi və əslində zərərçəkəni narazı salan məsələ isə ona qarşı törədilən cinayətlər zəncirinin ən vahimi və dəhşətlisi olan sui-qəsd, yəni suyuna zəhər qataraq öldürmək istəmələrinin istintaqın "diqqətindən yayınmasıdır".
Belə ki, Nəsimi rayon prokurorluğu istintaq dövründə zəhərlənməsinə (Ə. Zeynalovun zəhərlənməsi barədə tibbi ekspert rəyi mövcuddur), bu azmış kimi Əfqan Zeynalova məxsus bank kartından çıxarılan 23 min dollar pulun dələduzluq yolu ilə Nelli Fabriçnaya tərəfindən mənimsənilməsinə, zərərçəkmişin yaşadıgı mənzildən qiymətli əşyaların Mehriban Atakişiyeva ilə Nelli Fabriçnaya tərəfindən oğurlanmasına hüquqi qiymət verilməyib.
Məhkəmə istintaqı davam edir. Növbəti proses oktyabrın 13-də saat 15:00-a təyin edilib.
Qeyd edək ki, Əfqan Zeynalovun hüquqlarını tanınmış vəkil İradə Cavadova müdafiə edir.
Onu da əlavə edək ki, Əfqan Zeynalov Birinci Qarabağ Müharibəsi veteranıdır. 44 Günlük Vətən savaşında isə orduya yardım kampaniyasında aktiv iştirak edib. Buna görə də Əfqan Zeynalova Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən müxtəlif təltiflər verilib

Sosial       Tarix: 11 oktyabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən yeni xəbərlər xeberlər cəbhədən ən son xəbərlər