Xankəndi-Laçın yolunda keçirilən aksiyası Nyu-Yorkda nümayiş olundu – FOTOLAR

Xankəndi-Laçın yolunda keçirilən aksiyası Nyu-Yorkda nümayiş olundu – FOTOLARQarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası səkkiz gündür davam edir. "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Yaşasın Azərbaycan!", "Ekoloji terrora son", "Mina terroruna son" şüarları ilə keçirilən aksiyada vətəndaş cəmiyyəti insitutlarının nümayəndələri və gənclər iştirak edirlər.
Qeyd edək ki, aksiyaya səbəb dekabrın 3-də və 7-də İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparılmasına əraziyə müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin tərəfindən maneçilik törədilməsidir.
Qeyri-hökumət təşkilatları fəallarının və ölkə gəncliyinin keçirdiyi aksiya beynəlxalq miqyasda da maraqla qarşılanıb. Azərbaycan Beynəlxalq Biznes Parntyorları Klubu (BPC), meyvə-tərəvəz idxal-ixrac şirkəti – "Agromix" və Mediamark agentliyi ABŞ-ın mərkəzində Xankəndi-Laçın yolunda keçirilən aksiyaya dəstək məqsədilə təbliğat kampaniyası təşkil edib.  Nyu-Yorkun mərkəzində, Times Meydanında təbliğat posterləri nümayiş olunub. Eyni zamanda ərazidən keçən əcnəbilərə təbliğat broşürlərı paylanıb. Posterdə və təbliğat broşürlarında Azərbaycan həqiqətləri amerikalıların diqqətinə çatdırılıb, Xankəndi-Laçın yolunda keçirilən aksiyanın məqsədləri öz əksini tapıb.
Mövzu ilə bağlı danışan Azərbaycan Beynəlxalq Biznes Parntyorları Klubunun (BPC) sədri və "Agromix" şirkətinin təsisçisi Gülpəri Bayramova bildirib ki, Xankəndi-Laçın yolunda vətəndaş cəmiyyəti təmsilçilərinin və gənclərimizin etiraz aksiyasına dəstək olmaq hər bir ölkə vətəndaşının borcudur: "Qərara gəldik ki, bunu daha fərqli formada həyata keçirək. ABŞ-da, Nyu-Yorkun mərkəzində "Qarabağ Azərbaycandır", "Təbiəti Qoruyaq" şüarları ilə dəstək kampaniyası təşkil etdik".
Gülpəri Bayramova bildirir ki, aksiyaya böyük ictimai maraq olub: "Gün ərzində milyonlarla insan poster və büroşurlar vasitəsilə Azərbaycan həqiqətləri, Rusiya sülhməramlı kontingentinin və Ermənistan hərbi-siyasi rəhbərliyinin ölkəmizə qarşı həyata keçirilən mənfur siyasəti barədə məlumatlar əldə ediblər" – xanım iş adamı vurğulayıb.
Xankəndi-Laçın yolunda keçirilən aksiyası Nyu-Yorkda nümayiş olundu – FOTOLARXankəndi-Laçın yolunda keçirilən aksiyası Nyu-Yorkda nümayiş olundu – FOTOLARXankəndi-Laçın yolunda keçirilən aksiyası Nyu-Yorkda nümayiş olundu – FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 19 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti


son xeberler yeni xeberler azerbaycan xeberleri en yeni xeberler valyuta oxu.az xeberler en son xeberleri