Xankəndi, Xocalı və Ağdərədə bayram tonqalları qalanıb - FOTOLAR

Xankəndi, Xocalı və Ağdərədə bayram tonqalları qalanıb - FOTOLARBu gün Xankəndi şəhərində Novruz çərşənbələrinin üçüncüsü - Yel çərşənbəsi qeyd olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ilə əlaqədar, Xankəndi şəhərində Yel çərşənbəsi tonqalı qalanıb.
Şəhərin mərkəzində qalanan tonqalın ətrafına ictimaiyyət nümayəndələri, rayon sakinləri, tələbələr, orta məktəb şagirdləri toplaşıb.
Yel çərşənbəsi münasibəti ilə bir çox küçə və həyətdə tonqallar qalanıb. Rayon mərkəzində qurulmuş bayram tonqalı ətrafında uşaqlar və gənclər rəqs edib, mahnı oxuyublar.
Qeyd edək ki, martın 18-də meydanda bayram konserti olacaq.
Bundan başqa işğaldan azad olunan Xocalı şəhərində, Ballıca kəndində həyat yenidən canlanır. İllərdir Vətən həsrəti ilə yaşayan Xocalı sakinləri artıq bayramları öz doğma kəndində qarşılayır. Bu gün isə sakinlər Xocalı şəhərində və Ballıca kəndində Yel çərşənbəsinin tonqalını alovlandırıb.
Qeyd edək ki, "Böyük Qayıdış" layihəsi çərçivəsində Xocalı şəhərində 52, Ballıca kəndində isə 112 ailə məskunlaşıb.
Ağdərə rayonunun Həsənriz kəndində də "Böyük Qayıdış"dan sonra ilk dəfə Yel çərşənbəsinin tonqalı qalanıb.
Azərbaycan xalqının adət-ənənələrinin doğma torpaqlarımızda yenidən qeyd olunması 32 ildən sonra öz yurduna qayıdan insanları qürurlandırıb. Həsənriz sakinləri tonqal ətrafına toplaşıblar. Onlar bir-birlərini təbrik ediblər, əlamətdar günləri öz doğma evlərində qeyd etməyin sevincini bölüşüblər.
Xatırladaq ki, 2025-cü ilin mart ayında "Böyük Qayıdış" Proqramı çərçivəsində Həsənriz kəndinə ümumilikdə 50 ailə köçürülüb. Hazırda kəndin yenidən qurulması istiqamətində işlər davam etdirilir. Kəndə köç mərhələli şəkildə davam edəcək.
Xankəndi, Xocalı və Ağdərədə bayram tonqalları qalanıb - FOTOLARXankəndi, Xocalı və Ağdərədə bayram tonqalları qalanıb - FOTOLARXankəndi, Xocalı və Ağdərədə bayram tonqalları qalanıb - FOTOLARXankəndi, Xocalı və Ağdərədə bayram tonqalları qalanıb - FOTOLARXankəndi, Xocalı və Ağdərədə bayram tonqalları qalanıb - FOTOLARXankəndi, Xocalı və Ağdərədə bayram tonqalları qalanıb - FOTOLARXankəndi, Xocalı və Ağdərədə bayram tonqalları qalanıb - FOTOLARXankəndi, Xocalı və Ağdərədə bayram tonqalları qalanıb - FOTOLAR///APA / azxeber.com

Sosial       Tarix: 12 mart 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -a istinadən xəbər verir ki, Ağstafa rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlə

"Gənclərin ailə qurmağa marağı azalır

"Gənclərin ailə qurmağa marağı azalır". Bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasını

Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb

Bakının Nərimanov rayonunda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyindən (DİN) -a verilən məlumata görə, cinayət əməlini törədən daha 3 nəfər - Y.Cəbiyev, Ə.Hüseynov və B.Bəndəliye

Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək

15 noyabr 2026-cı il tarixində Hilton Baku otelində GLC International Education Fair – Beynəlxalq Təhsil Sərgisi keçiriləcək. GLC Global Learning Centre tərəfindən təşkil olunan beynəlxalq sərgidə dünyanın 16 ölkəsindən 50-də

Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü

Bakıda ağır qəza zamanı xəsarət alan şəxs iş adamı imiş. -a istinadən xəbər verir ki, noyabrın 4-də paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs iş adamı Şənli

Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzun sürən xəstəlikdən sonra 54 yaşında vəfat edib. Ölkə.az-a istinadən xəbər verir ki, Milli Qəhrəman bu gün müalicə olunduğu Milli Onkologiya Mərkəzində dünyasını dəyişib. . Mərhu

Dəm qazı can aldı

Gəncə şəhərində iki nəfər dəm qazından boğulub. Hadisə noyabrın 11-də qeydə alınıb. 1972-ci il təvəllüdlü İsgəndər Hacıyev və dostu 1987-ci il təvəllüdlü Tural Məmmədov kirayədə yaşadıqları H.Əliyev prospektində yerləşə

Manatın məzənnəsi açıqlandı

Mərkəzi Bank11 noyabr 2026-cı il tarixindən etibarən müəyyən etdiyi rəsmi məzənnələrini açıqlayıb. xəbər verir ki, 1 ABŞ dolları 1.700 manat, 1 avro 1.8981 manat, 100 Rusiya rublu 2.0422 manat, 1 Türkiyə lirəsi isə 0.033

Bu ölkələrin Konstitusiyası yoxdur – Bəs necə idarə olunurlar?

Bu il müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Ölkənin Əsas Qanunu 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dünyanın əksər ölkələrində dövlətin idarəçili


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal xeber cəbhədən yeni xəbərlər gunun xeberleri cəbhədən son xeber