Xankəndidə yeraltı sığınacaqlar hazırlanır
Qarabağın dağlıq hissəsindəki erməni separatçıları hərbi vəziyyət üçün nəzərdə tutulan yeraltı sığınacaqları qaydaya salmağa başlayırlar.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb.
Nəşr separatçı rejimin "dövlət naziri" Qurgen Nersisyanın dünən Xankəndidə "hərbi qurumların rəhbərləri" Mexak Arzumanyan, Samvel Qriqoryan, Qriqori Saakyan və Armen Gevorqyanın iştirakı ilə toplantı keçirdiyini bildirib.
"Toplantıda humanitar məsələlərin müzakirəsi ilə yanaşı, sığınacaqların qaydaya salınmasının zəruriliyi də müzakirə olunub. Bu müzakirənin səbəbi nədir: yeni eskalasiyaya hazırlaşırlarmı?
Mənbəmiz deyir ki, hərbi vəziyyət şəraitində sığınacaq problemi həmişə diqqət mərkəzində olmalıdır", – məlumatda qeyd olunub./Teleqraf

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu