Xarici valyutanı Azərbaycanda dəyişdirmək istəyənlərə VACİB XƏBƏR

Xarici valyutanı Azərbaycanda dəyişdirmək istəyənlərə VACİB XƏBƏR"Valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın (lisenziyanın əlavəsinin) alınması üçün ərizə forması"nın, "Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün nizamnamə (şərikli) kapitalının minimum miqdarı, girov vəsaitinin məbləği və geri alınmasına dair rəyin forması ilə bağlı Tələblər"in və "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası" təsdiq edilib. Bununla bağlı ötən gün Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov qərar imzalayıb.
Bəs yeni qərarın mahiyyəti nə olacaq?
Məsələ ilə bağlı danışan iqtisadçı-ekspert Xalid Kərimli Referans.az-a bildirib ki, bundan sonra valyutanın dəyişdirilməsi qaydalarına bir sıra dəyişikliklər edilib:
"Valyuta dəyişdirmə məntəqələri yaradılacaq və həmin valyuta mübadilə məntəqələrində valyutanın dəyişdirilməsi qaydaları müəyyənləşdirilib. Yeni qaydaya əsasən 500 dollara qədər pul dəyişimi zamanı şəxsiyyət vəsiqəsi tələb olunmur, amma bu o demək deyil ki, şəxsiyyət idendifikasiya olunmayacaq. Çünki orada digər məhdudiyyətlər də var. Yəni şəxsiyyət vəsiqənizin üzərinizdə olması şərt deyil, amma şəxsiyyəti təsdiq etmək şərtdir. Bunun hansı qaydada olacağını isə irəliləyən zamanda görə biləcəyik. 500 dollardan yuxarı məbləğlərdə isə şəxsiyyət vəsiqəsi tələb olunacaq".
Ekspert qeyd edib ki, vətəndaşlar bir günə maksimum 20 min manat dəyişə bilər, eyni zamanda da bir il müddətində 20 min manatdan çox məbləğ dəyişəndə Valyuta mübadiləsi məntəqəsinə icazə veriləcək ki, sənin haqqında daha ətraflı məlumat alsın. Onun sözlərinə görə, yeni qərar faktiki olaraq valyuta dəyişiminə hər hansısa bir məhdudiyyət qoymur: "20 min manata qədər illik dəyişimə icazə verir. 20 min manatdan sonra sənin gəlirlərinin mənbəyini tələb edir. Maksimal olaraq il ərzində 20 min manatlıq tələb qoyulub. Əslində həmin məbləğdən də yuxarı dəyişə bilərsən, sadəcə bundan sonra artıq gəlirlərini təsdiq etməlisən".
Valyuta mübadiləsi məntəqələrində yalnız nağd satışa icazə verilib. Burada köçürmə etmək mümkün olmayacaq. Şirkətlər həmin Valyuta mübadilə məntəqələrində pul dəyişə bilməzlər. Valyuta mübadiləsi məntəqələrinin məqsədi nağd valyuta satışını təşkili və vətəndaşlara xidmətdir – deyə Xalid Kərimli əlavə edib. / azxeber.com

Sosial       Tarix: 28 dekabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Korrupsionerlər niyə rəqəmsal pullara etibar etmir? Köhnə üsulların üstünlüyü

Qazaxıstanda dövlət korporasiyalarının yüksək vəzifəli menecerlərinin səs-küylü həbsi ictimaiyyətdə təəccüb doğurub. Bir çoxları istehza ilə soruşur: bunlar doğrudanmı belə sadəlövhdürlər ki, rüşvəti hələ də nağd pulla, dol

Bu ölkədə cəmi iki faiz əhali vergi odəyir

Hindistanda əhalinin cəmi 2 faizinin vergi ödədiyi bildirilir. Ölkədə iqtisadi fəaliyyətin böyük hissəsinin qeyri-formal sektor çərçivəsində həyata keçirilməsi, kənd təsərrüfatının vergidən azad olması və vergi sistemindək

Bakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu

Bakı-Astara magistral yolunda avtomobil piyadanı vurub. Hadisə magistral yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik maşını 1990-cı il təvəllüdlü Aynur Zəbiyevanı vurub. Zərərçəkən ağı

ADNSU əməkdaşının məqaləsi "Times Higher Education" platformasında dərc olundu

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirlinin ali təhsil müəssisələrində sosial media kommunikasiyasına həsr olunmuş məqaləsi beynəlxalq nüfuzlu"Time

Təbii qaz bahalaşdı - Yeni qiymətlər

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları bahalaşıb. milliaz-a istinadən xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniy

İnsan ölənə yaxın bu 4 sözü deyir

İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. Tanınmış onkoloq

Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub

Nizami Kino Mərkəzində Bakı Media Mərkəzinin istehsalı olan "Sükut içində addımlar" tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilib. xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva

Nazir müavininin oğlunun toyunda qadağa

Xəbər verdiyimiz kimi, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu, 36 yaşlı Rüstəm Hacıyev ötən gün evlənib.  Axşam.az-a istinadla xəbər verir ki, o, 20 yaşlı rusiyalı bloger Avrora Kiba ilə nika

Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir

Almaniyanın avtomobil sənayesi dərin böhranla üzləşib. Ştutqartda yerləşən avtomobil istehsalçısı Mercedes-Benz ölkədəki zavodlarına bütün yeni investisiyaları müvəqqəti dayandırmaq qərarına gəlib. xəbər verir ki, şirkə


yeni xeberler son xeberler azerbaycan xeberleri enson xeberler ən son xəbər xabar az bugunun xeberleri