XƏBƏRDARLIQ: "Bu hal baş versə, Azərbaycan manatı ciddi təsirə məruz qalacaq"
Azərbaycan iqtisadiyyatının əsas hissəsi əsasən neft gəlirlərindən formalaşır. Büdcə gəlirlərinin və tədiyə balansının mühüm hissəsi neft ixracından əldə olunan vəsaitlər hesabına dolur. Neftin qiyməti aşağı düşəndə, dövlətin gəlirləri azalır və bu, həm büdcə xərclərinə, həm də valyuta ehtiyatlarına mənfi təsir göstərir.
Maraqlıdır, hansı hallarda neftin qiymətinin düşməsi manata təsir edir?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli KONKRET.az-a açıqlamasında bildirib ki, neftin qiyməti uzun müddət aşağı səviyyələrdə qalarsa, bu, Azərbaycan manatına əhəmiyyətli təsir göstərə bilər.
"Qısamüddətli enişlər, məsələn, bir neçə həftə və ya bir-iki aylıq dalğalanmalar adətən manatın məzənnəsinə ciddi təsir etmir. Lakin əgər neftin qiyməti kəskin şəkildə ucuzlaşarsa və uzun müddət, məsələn, 6-8 ay və ya bir il ərzində 60 dollar səviyyəsindən də aşağı düşərsə, o zaman təsirlər daha dərindən hiss edilə bilər. Uzunmüddətli aşağı neft qiymətləri ölkədə iqtisadi artım tempinə də mənfi təsir göstərir".
Aynurə İsmayıl
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək