"Xəzər Lənkəran" qayıdır? - RƏSMİ AÇIQLAMA
Mediada "Xəzər Lənkəran"ın bərpası ilə məlumatlar dərc olunur.
Yazılanlara inansaq, Mübariz Mənsimov stadionun təmiri və klubun bərpası üçün 5 milyon vəsait ayırıb. Təbii ki, bu məlumatlar Azərbaycan gündəminə bomba kimi düşdü. İctimaiyyət XL-in qayıtmasını cani-könüldən istəyir. Bu xəbər də onlar üçün yeni ümid oldu. Görəsən, informasiya nə qədər doğrudur? Məlumatı dəqiqləşdirməkdən ötrü Lənkəran şəhər stadionunun direktoru Höccət Hacıyevə üz tutduq.
KONKRET.az xəbər verir ki, qurum rəsmisi Offsideplus.az-a açıqlamasında bunları söylədi:
"Xəzər Lənkəran" klubu niyə də bərpa olunmasın? Mübariz müəllim dəfələrlə müsahibələrində bildirib ki, "Xəzər Lənkəran" sevgisi mənim üçün heç vaxt bitməyəcək. Vəsaitin miqdarı ilə bağlı məlumatları deyə bilmərəm ki, doğrudur. Klubun arxasında Mübariz Mənsimov kimi öz azarkeşlərinə dəyər verən bir adam varsa, niyə də tam bərpa olunmasın? İnanırıq ki, tezliklə təmir işləri başlanacaq və biz azarkeşlərimizi sevindirəcəyik."

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto