Xəzərdə 1,5 milyon ton gücündə taxıl terminalı tikiləcək
Qazaxıstanın Kurık limanında illik 1,5 milyon ton taxıl emalı gücünə malik yeni terminal inşa ediləcək.
azxeber.com xəbər verir ki, tikinti işlərinin birinci mərhələsi başa çatdıqdan sonra terminalın illik gücü 570 min ton taxıl yükü təşkil edəcək.
İkinci mərhələnin tikintisi ilə terminalın gücü ildə 1,5 milyon tona çatmalıdır.
"Sarzha Grain Terminal"a investisiya qoyuluşunun ümumi həcmi 50 milyon ABŞ dollarından bir qədər çox olacaq. Birinci mərhələnin 2026-cı ilin ikinci yarısında başa çatması planlaşdırılır.
Layihəçilər hesab edirlər ki, bu, Orta Dəhlizin inkişafına və Qazaxıstan Respublikası hökuməti tərəfindən təsdiqlənmiş 2030-cu ilədək nəqliyyat-logistika potensialının inkişafına dair Yol Xəritəsinin həyata keçirilməsinə yeni təkan verəcək.
Layihənin məqsədi Qazaxıstan malları üçün ixrac marşrutlarının şaxələndirilməsi, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun ixrac və tranzit potensialının artırılmasından ibarətdir.
Turlar.az [newsid: 0-123300]

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var
Cəbrayılda şirkət işçilərinin yaşadığı tikilidə yanğın oldu