Xəzərdə gəmilərlə daşımalar tam bərpa olundu
Son beş gündə Xəzər dənizin Azərbaycan akvatoriyasında müşahidə olunan güclü şimal-qərb küləyi və dalğalı hava şəraiti səbəbindən lövbər dayanacaqlarına və sığınacaqlara çəkilmiş gəmilər fəaliyyətini bu gün tam bərpa edəcək.
KONKRET.az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən (ASCO) bildiriblər.
Bildirilib ki, hava şəraitinin stabilləşməsi ilə əlaqədar artıq ASCO-nun Dəniz Nəqliyyatı Donanmasının gəmiləri ilə həyata keçirilən yük və sərnişin daşımaları adi rejimdə davam etdirilir.
"Xəzər Dəniz Neft Donanmasının əməliyyatlarının isə günün ikinci yarısından sonra tam bərpa olunacağı gözlənilir.
Bununla belə, heyət üzvləri hava proqnozunu nəzarətdə saxlayır və mümkün dəyişikliklərə operativ reaksiya vermək üçün təhlükəsizlik qaydalarına uyğun fəaliyyət göstərirlər", – deyə qurumdan verilən məlumatda deyilir.
Xatırladaq ki, fevralın 7-də Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilmişdi. Bildirilmişdi ki, fevralın 7-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi fevralın 9-u səhər saatlarına kimi davam edəcək.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Bakıda kütləvi dava: bıçaqlananlar var