XİN: "30 ilə yaxın müddətdə Ermənistanın cinayətləri ABŞ tərəfindən tam sükutla qarşılanıb"

XİN: ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Dafna Randın Varşava İnsan Ölçüsü Konfransında ABŞ tərəfinin "Dağlıq Qarabağda beynəlxalq humanitar hüququn və insan hüquqlarının iddia edilən pozuntularını nəzərdən keçirməkdə davam etdiyi" barədə fikirlərinin əks olunduğu 1 oktyabr tarixli bəyanatı təəccüb doğurur.
KONKRET.az xəbər verir ki, bu fikir Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin 1 oktyabr tarixində Varşava İnsan Ölçüsü Konfransındakı bəyanatına dair şərhində yer alıb.
"Maraqlıdır ki, Azərbaycan ərazilərinin hərbi işğalı zamanı Ermənistan tərəfindən törədilmiş bəşəriyyətə qarşı irimiqyaslı cinayətlər və azərbaycanlılara qarşı qırğınlara baxmayaraq, ABŞ tərəfi beynəlxalq humanitar hüququn pozulması hallarının aradan qaldırılmasının vacibliyinə yalnız indi istinad edir. 30 ilə yaxın müddətdə Ermənistanın bu cinayətləri ABŞ tərəfindən tam sükutla qarşılanıb.
Əgər ABŞ tərəfi qərəzsizlik və ədalətli mövqe nümayiş etdirmək istəyirsə, ilk növbədə Ermənistanın indiyədək törətdiyi çoxsaylı cinayətlərin araşdırılmasını, günahkarların qanun qarşısında cavab verməsini tələb etməlidir.
Əks halda, bu, beynəlxalq ictimaiyyəti çaşdırmaq, Ermənistanın təcüvüzü zamanı yüz minlərlə azərbaycanlının əsas insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasından diqqət yayındırmaq məqsədi güdən erməni təbliğatı nəticəsində verilən birtərəfli bəyanatdan başqa bir şey deyil", – A.Hacızadə qeyd edib.

Siyasi       Tarix: 02 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Putin: Bu, müharibənin davam etməsi deməkdir

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın xüsusi elçiləri Stiv Uitkov və Cared Kuşnerlə görüşdə xarici hərbi kontingentlərin Ukrayna ərazisinə yerləşdirilməsinin müharibənin davam etməsi demək olduğunu bildirib. RIA Novosti-y

Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti

Azərbaycan sabitliyin ciddi amilidir, 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin ölkədə keçirilməsi isə Bakıya göstərilən etimadı, onun regional və beynəlxalq proseslərdəki rolunun tanındığını nümayiş etdirir

Azərbaycan FAMEX-ə dəvət edilib

Azərbaycan Meksika Aerokosmik Sərgisinə (FAMEX) dəvət olunub. xəbər verir ki, bu dəvət FAMEX Komitəsinin nümayəndələrinin Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyevlə görüşündə səsləndirilib. "Diplomatik görü

Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Blu

Baku TV': Azərbaycan COP31-də yaşıl enerji hədəflərini nümayiş etdirir

Azərbaycan COP31 çərçivəsində iqlim siyasəti və ekoloji təşəbbüsləri ilə yanaşı, milli dəyərləri, mədəniyyət və yaşıl enerji hədəflərini də təqdim edir. xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı süjetd

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

"Avropa Siyasi Birliyi"nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyə

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu

Bu fotonu görəndə, açığı, dəhşətə gəldim. Belə bir tikintiyə necə icazə vermək olar. Mən peşəkar inşaatçıyam, memar deyiləm. Amma bu nəhəng tikilinin Ağ Evi necə kölgədə qoyduğunu görmək üçün memar olmağa ehtiyac yoxdur

İrlandiyadakı tarixi görüş - Kameralara belə düşdü

Məlum olduğu kimi, Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. -ın məlumatına görə, liderlərin görüşü Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı çərçivəsind


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun 2026 azerbaycan xəbər az qarabag cəbhədən canlı