XİN: "Ağır cinayətlər törədənlər istisna olmaqla, Azərbaycan bütün saxlanılanları Ermənistana qaytarıb"
"Azərbaycan bütün saxlanılanları Ermənistana geri qaytarıb, yerdə qalanlar ağır cinayətlərdə ittiham olunanlardır".
KONKRET.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında keçirilən dinləmədə çıxışı zamanı deyib.
O, Ermənistanın Azərbaycana qarşı qaldırdığı irqi ayrı-seçkilik iddialarının əsassız olduğunu vurğulayıb. "Bütün hərbi əsirlər, eləcə də saxlanılanların əksəriyyəti Ermənistana repatriasiya edilib. Qalanları ya işgəncə vermək, qətl törətmək də daxil olmaqla ağır cinayətlər törətdiyinə görə, ya da hazırda müharibə cinayətlərinə, terrorçuluq və separatçılığa görə ittiham edildiyinə görə hələ də həbsdədir. Digər sözlə, onların həbsinin davam etməsinin irqi ayrı-seçkiliklə heç bir əlaqəsi yoxdur. Eynilə, Ermənistanın ermənilərin məcburi çıxarılması ilə bağlı ittihamlarının da irqi ayrı-seçkiliklə heç bir əlaqəsi yoxdur. Lakin Azərbaycan bu iddiaları ciddi qəbul edir və şəffaflığı, təmizliyi, qarşılıqlı etimadı təmin etmək məqsədilə Ermənistanla əməkdaşlıq edir", – Elnur Məmmmədov deyib. (Apa)

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var
Cəbrayılda şirkət işçilərinin yaşadığı tikilidə yanğın oldu