Xoşbəxt Yusifzadənin 93 yaşının tamam olması münasibətilə SOCAR-da tədbir keçirilib - FOTO

Xoşbəxt Yusifzadənin 93 yaşının tamam olması münasibətilə SOCAR-da tədbir keçirilib - FOTODövlət Neft Şirkətində (SOCAR) qurumun I vitse-prezidenti, görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 93 yaşının tamam olması münasibəti ilə tədbir keçirilib.
Bu barədə SOCAR məlumat yayıb.
Məlumata görə, tədbirdə çıxış edən iqtisadiyyat naziri, şirkətin Müşahidə Şurasının sədri Mikayıl Cabbarov X.Yusifzadəni təbrik edib, Azərbaycanın iqtisadi tərəqqisində neft-qaz sənayesinin və neftçilərin rolunu diqqətə çatdırıb. Müstəqil Azərbaycanın yeni neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsində görkəmli alimin əməyinə böyük rəğbət göstərildiyini qeyd edən nazir akademikin ölkəmizdə neft-qaz sənayesinin və elminin inkişafında əvəzsiz xidmətlərini ümummilli lider Heydər Əliyevin daim yüksək qiymətləndirdiyini, bu gün də ölkə rəhbərliyinin görkəmli neftçi-alimin uzunmüddətli səmərəli fəaliyyətinə böyük diqqət göstərdiyini vurğulayıb.
SOCAR-ın prezidenti Rövşən Nəcəf X.Yusifzadənin əmək fəaliyyətinin Azərbaycan neftçiləri üçün nümunə olduğunu bildirib, görkəmli neftçi-alimin dərin elmi biliyi və zəngin təcrübəsinin bundan sonra da ölkəmizdə neft-qaz sənayesinin və bu sahədə insan kapitalının inkişafına töhfə verəcəyini qeyd edib. O, ötən il dekabrın 7-də dövlət başçısının təşəbbüsü ilə "Akademik Xoşbəxt Yusifzadə" tankerinin istismara verilməsinin onun görkəmli alimə göstərdiyi diqqətin növbəti təzahürü olduğunu ifadə edib.
Tədbirdə çıxış edən Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru professor Elçin İsgəndərzadə dünya elminin inkişafına verdiyi töhfələrə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının X.Yusifzadəni "Türk Dünyasında İlin Adamı" mükafatı və "Avropa Korifeyi" ordeni ilə təltif etdiyini bildirib, mükafat və ordeni ona təqdim edib.
Sonda çıxış edən X.Yusifzadə doğum günü münasibətilə təşkil olunan tədbir və səmimi təbriklərə görə başda M.Cabbarov olmaqla, bütün kollektivə öz dərin minnətdarlığını bildirib. O, ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ona göstərdiyi yüksək etimadı, xüsusi diqqət və qayğını hər zaman hiss etdiyini vurğulayıb.
Xoşbəxt Yusifzadənin 93 yaşının tamam olması münasibətilə SOCAR-da tədbir keçirilib - FOTOXoşbəxt Yusifzadənin 93 yaşının tamam olması münasibətilə SOCAR-da tədbir keçirilib - FOTOXoşbəxt Yusifzadənin 93 yaşının tamam olması münasibətilə SOCAR-da tədbir keçirilib - FOTOXoşbəxt Yusifzadənin 93 yaşının tamam olması münasibətilə SOCAR-da tədbir keçirilib - FOTO/ azxeber.com

Sosial       Tarix: 14 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta məzənnələri xeberler son xeberler 2026 hava haqqinda