"Ya onlar olsun, ya biz" - Qurban Qurbanov

"Futbolçularımı təbrik edirəm, bir az ümumi narahatlığım var idi. Meydanda hiss olundu. Amma qalibiyyət üçün yaxşı oyun göstərdilər. Boşluqlarımız oldu. Bəzi epizodlarda çox diqqətsiz oldular. Amma ümumən maraqlı idi".
KONKRET.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
O, Azərbaycan Premyer Liqasının 26-cı turunda "Zirə" üzərində 3:1 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb:
-Medina oynamağa tam hazırdır? "Bayer"lə oyunda olacaq? Azarkeşlər şüar səsləndirdi ki, finala çıxaq. Bu haqda nə deyərdiniz?
-Medina yenidən yaşıl meydanlara döndüyü üçün sevinirik. Amma uyğunlaşmaq çətin idi, vaxt lazım olacaq. "Bayer"lə oyunda lazım olsa meydana çıxa bilər, bu bizim üçün üstünlükdür. Real olmayan şeydən danışmaq düzgün çıxmaz. Hər qalibiyyət bizim üçün üstünlükdür. Azərbaycan futbolu üçün irəliləyişdir.
– Juninyo və Benzianın durumu necədir?
– Benziada hər şey normaldır. Juninyo isə düşündüyümzdən yaxşıdır. Bunu tam dəqiq qarşıdakı günlərdə biləcəyik.
– "Bayer"lə səfər oyununda düşüncələriniz nədir? 
-Elvin və Romaonun heyətə qayıtmağı üstünlükdür. Çalışacağıq ki, daha intizamlı olaq. Sabahdan başlayaraq duruma görə heyət quracağıq. Futbolçularımın istirahətə ehtiyacı var, vaxtları da var.
-Türkiyəlilər "Bayer"lə oyunda sizlərə dəstək üçün kampaniya başladıb. Nə düşünürsünüz?
-Bizə olduqca dəstək olar. Azarkeş futbolun motivasiyası üçüb önəmlidir. Qardaşlarımızın dəstəyi böyük motivasiya olar.
-Bakıdakı oyundan əvvəl çox inamlı görünürdünüz. Almaniya səfəri qabağı nəyə inanırsınız? 
-İnam olmasa, olmaz. Futbolçular ilk öncə məndə o inamı hiss etməlidirlər. Biz yaxşı komandaya qarşı oynayırıq. Ən təhlükəlisi rəqibin futbolçular "acdır", böyük titullar əldə etmək istəyirlər, həmçinin baş məşqçiləri də. Çox üstünlükləri var. Həmişə deyirəm, real olmaq lazımdır. Yenə də səfərdə olmağımıza baxmayaraq, yaxşı mübarizə aparmağa çalışacağıq. Yenidən oyunun sonuna qədər dözməyimiz vacibdir. Biz buradakı oyunda 70 dəqiqədə Azərbaycan çempionatının 90 dəqiqəsinin gücünü sərf etmişik, oyunda temp olub.
-Xabi ilə görüşünüzdə demişdiniz ki, istəyərəm komandası Avroliqanı qazansın. Hələ də bu fikirdəsiniz? 
-Alonsonun futbolçu karyerası genişdir. Mən bilməzdim "Bayer" yenidən rəqib olar. Amma hələ də bu düşüncədəyəm. Ya onlar olsun, ya biz. (gülür)".

İdman       Tarix: 11 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni


azerbaycan xeberleri son xeberler yeni xeberler maraqlı xəbərlər son xabarlar xəbərlər.com xabar az