"YAP-ın siyahısını gözləyirik" - Partiyalar seçkiyə neçə namizədlə qatılır? + SORĞU

Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
KONKRET.az seçki hazırlığı ilə bağlı son durumu öyrənmək məqsədilə ölkədə fəaliyyət göstərən bəzi partiyaların rəhbərliyi ilə əlaqə saxlayıb.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa seçkilərdə iştirak ilə bağlı qərar verdiklərini xatırladaraq namizədlərin yekun siyahısı üzərində çalışdıqlarını deyib:
"Həm paytaxtda, həm də bölgələrdəki son durumu dəyərləndiririk. Hakim Yeni Azərbaycan Partiyası namizədlərini açıqladıqdan sonra hansı bölgədə gücümüzün nəyə çatacağını, harada qalib gəlmək imkanımızın yüksək olduğunu dəqiqləşdirəcəyik. Məhz bundan sonra həmin dairələr üzrə namizədlərimizin kimliyini açıqlayacağıq".
F.Mustafanın özünə gəlinncə, o, namizədliyini 26 saylı Sabunçu birinci seçki dairəsindən irəli sürüb:
"Bu dairədə rəqiblərimin kim olacağı ilə bağlı məlumatım yoxdur. Kimliyindən asılı olmayaraq hamısına hörmətlə yanaşıram. Seçki bir rəqabətdir və bu rəqabətdə qalib gəlməyə çalışacağıq. Fikrimiz odur ki, seçkilərdə 60-dan yuxarı namizədlə təmsil olunaq. Çünki 60-dan yuxarı namizədimiz qeydiyyatdan keçərsə, o zaman pulsuz efir vaxtından istifadə etmək imkanı qazanacağıq. Bu da partiyanın fəaliyyəti, proqram və məsələlərə baxış bucağını cəmiyyətə çatdırmaq baxımından yeni bir fürsət ola bilər".
Bununla belə, Fazil Mustafa deyir ki, seçkilərə 60 namizədlə qatılmağa imkanlarlı çatmasa, diqqətlərini qələbəsi daha real görünən namizədlərin uğur qazana biləcəyi dairələrə yönəldəcəklər:
"Biz bu variantda hər şeydən öncə partiyanın seçkidə müəyyən dərəcədə müsbət nəticə göstərməsinin qeydinə qalacağıq. Bu da bizim straregiyamıza uygun bir davranış olacaq".
REAL partiyasının funksioneri Natiq Cəfərli saytımıza açıqlamasında artıq deputatlığa 13 namizədin bəlli olduğunu vurğulayıb:
"İlqar bəy 22-ci, mən 33-cü, Erkin Qədirli özünün deputat olduğu, yəni 16-cı dairədən namizəddir. Ümumilikdə 13 namizədimiz var. Gəncədən, Şabrandan və digər bölgələrdən də namizədlərimiz var. Namizəd sayının nisbətən az olmasının partiyanın maddi imkanları ilə bağlı olduğunu dilə gətirən Natiq Cəfərli yalnız bu sayda namizədin uğurlu kampaniyasını təşkil etməyə vəsaitlərinin çatdığını etiraf edib:
"Odur ki, maddi resurslarımızı nəzərə alaraq, ən yaxşı nəticə göstərə biləcəyimiz dairə və şəxslər üzərindən kampaniya aparmaq qərarına gəldik. Dairələri isə ayrıca elan edəcəyik, seçki rəsmən elan olunandan sonra."
Digər müsahibimiz ƏHD partiyasının sədri Qüdrət Həsənquliyev dairəsini dəyişməyəcək və bu seçkilərdə namizədliyini də 35-ci dairədən irəli sürməyə hazırlaşır:
"Biz seçkilərə 40 namizədlə seçkilərə qatılmağı düşünürük. Partiyamızın MSK-da qeydiyyatından sonra bizim səlahiyyətli nümayəndələrimiz təsdiq olunmalıdır ki, biz ərizələrimizi təqdim edə bilək. Bundan sonra dairələrdən namizədlərimizin irəli sürülməsinə başlayacağıq".
Q.Həsənquliyev hakim partiyanın dairələrdəki namizədlərinin kimliyinin açıqlanmasını gözlədiklərini deyib:
"Çalışacağıq ki, onların nüfuzlu və şansı yüksək dəyərləndirilən namizədləri ilə alternativ olmayaq. Sözsüz ki, bu zaman özümüzün həmin dairə ərazisində nə qədər güclü olmağımızı da nəzərə alacağıq. Bir neçə gün ərzində nümayəndələrin siyahısı təqdim olunacaq".
Mədinə Useynova
KONKRET.az

Siyasi       Tarix: 09 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Hacıqabul rayonundan sosial media hesablarında paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva rayon ərazisindən keçərkən qarşılaşdıqları göy qurşağının görüntülərin

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

"Avropa Siyasi Birliyi"nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyə

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Dövlət Bayrağı Günü azadlıq və müstəqillik ideallarının simvoludur

"Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir".  . Heydər Əliyev Azərbaycan Xalqının Ümummilli Lideri . Prezident İlha

Putin: Bu, müharibənin davam etməsi deməkdir

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın xüsusi elçiləri Stiv Uitkov və Cared Kuşnerlə görüşdə xarici hərbi kontingentlərin Ukrayna ərazisinə yerləşdirilməsinin müharibənin davam etməsi demək olduğunu bildirib. RIA Novosti-y

Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq

Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsind

Şimali Kipr Türk Respublikasından Azərbaycana təbrik

Şimali Kipr Türk Respublikası (ŞKTR) Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi öz "X" hesabındakı paylaşımda bildirib

İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantıla


azerbaycan xeberleri son xeberler yeni xeberler bu gunun xeberleri cebheden xeberler iqtisadiyyat xeberleri bugun en son xeberler bu gun