YAP onları cəzalandıra bilər - Hakim partiyanın "nişangah"ında olan 5 nəfər kimdir?
Məlum olduğu kimi, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Hakim Yeni Azərbaycan Partiyası bütün dairələrdən öz namizədlərini irəli sürsə də, seçkilərə müstəqil şəkildə qatılan YAP üzvləri də var. Belə ki, YAP-ın adları aşağıda qeyd olunan 5 üzvü namizədliklərini öz təşəbbüsüləri ilə irəli sürüblər:
2 saylı Şərur-Kəngərli – Vüqar Nəcəfov Hüseyn oğlu
5 saylı Babək-Naxçıvan-Culfa – Səfər Əlirzayev Cəfərəli oğlu
33 saylı Xətai – Gülnar Xəlilova Fərmayıl qızı
82 saylı İmişli-Saatlı – Qəyyumova Yasəmən Müslüm qızı
120 saylı Cəbrayıl-Qubadlı – Şahverdiyev Araz Vəli oğlu
Xatırladaq ki, ötən parlament seçkilərində də buna bənzər hallar yaşanmış və həmin şəxslər ya hakim partiyadan istefa vermiş, ya da partiyadan xaric edilmişdi.
Bəs indi eyni addımı atan YAP-çı namizədləri hansısa cəza gözləyirmi?
KONKRET.az məsələ ilə bağlı YAP-ın mövqeyini öyrənməyə çalışsa da, partiyadan sorğumuza cavab ala bilmədik.
Bununla belə, namizədliyini müstəqil şəkildə irəli sürmüş YAP-çıların nizamnamə tələblərini pozduqlarına görə partiya üzvlüyündən xaric ediləcəkləri gözlənilir.
Məlik Məlikov,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu