Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ
Son illərdə 50 yaşdan sonra bəzi ixtisaslar üzrə iş tapmaq xeyli çətinləşib. Belə çətinliklə üzləşənlər bir çox hallarda yeni peşəyə yiyələnməyə çalışırlar.
Təbii ki, belə vəziyyətdə əmək bazarının tələblərini öyrənmək vacibdir. Bazarda ehtiyac olan ixtisaslara yiyələnmək bir qədər çətin olsa da, perspektivlidir.
Aparılan müşahidələr göstərir ki, son 5–7 il ərzində dünyada 50 yaşdan yuxarı şəxslərin peşə dəyişməsi ilə bağlı real nümunələrin sayı artıb və bu hal artıq əmək bazarında nəzərəçarpan tendensiya kimi qiymətləndirilir.
Bəs bizdə bu sahədə vəziyyət necədir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, peşəni istənilən vaxt dəyişmək olar:
"Əvvəla, istənilən ixtisasa bu və digər şəkildə ehtiyac var. Əsas odur ki, ixtisasının kamil bilicisi olasan və hər zaman biliklərini, təcrübəni artırasan. Digər tərəfdən yeni peşəyə elə yiyələnməlisən ki, sənə ehtiyac olsun.
Bundan əlavə, yaşlı əməkdaşların yeni sahələrə yönəlməsi bir neçə əsas model üzrə həyata keçirilir. Bunlardan biri yaxın ixtisas sahəsinə keçiddir. Digər model isə eyni peşə daxilində rol dəyişikliyidir. Belə ki, mühəndisin layihə rəhbərinə çevrilməsi və ya idarəetmə funksiyalarını üzərinə götürməsi daha çox müşahidə olunur.
Ümumilikdə, isə əmək bazarında baş verən dəyişikliklər, yeni texnologiyaların inkişafı və insanların daha uzun müddət aktiv çalışmağa maraq göstərməsi 50 yaşdan sonra peşə dəyişikliyini daha real və qəbul edilən seçimə çevirib". / azxeber.com

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?