Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: Bu il tətil üçün hara getməli?

Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: Bu il tətil üçün hara getməli?Yay mövsümünün gəlişiisti xatirələri, yeni kəşfləri və səyahət ruhunu özü ilə gətirir. Bu dövrdə sərnişinlərhəm dəniz istirahəti, həm şəhər turizmi, həm də qısamüddətli "getaway" səfərləriüçün müxtəlif istiqamətlərə üstünlük verirlər. Aralıq dənizi kurortlarındanAvropanın tarixi şəhərlərinə qədər uzanan marşrutlar yay aylarında ən çox seçilən səyahət variantları sırasında yer alır. Rahat uçuş imkanları, vizasız marşrutlarvə fərqli istirahət təcrübələri isə səyahətçilərin seçimində əsas rol oynayır.
Yay mövsümündəartan səyahət marağını nəzərə alan Azərbaycan Hava Yolları (AZAL) sərnişin tələbatına uyğun olaraq bir sıra istiqamətlər üzrə reysproqramını genişləndirir. Xüsusilə yay aylarında yüksək tələbat müşahidə olunandəniz və turistik marşrutlar üzrə uçuş tezliklərinin artırılması sərnişinlərədaha çevik və rahat səyahət planlaması imkanı yaradır.
Dəniz və resort istiqamətlərinəüstünlük verən səyahətçilər
Yay mövsümü əksər insanlar üçün günəşli çimərliklər,isti qum və rahat istirahət deməkdir. Tətil planlarını öncədən quran sərnişinlərbu mövsümdə daha çox dəniz kurortları və resort istiqamətlərinə maraq göstərirlər.Müxtəlif büdcələrə uyğun səyahət seçimlərinin mövcud olması isə yay tətilinidaha əlçatan edir.
Azərbaycanın milli aviadaşıyıcısı yaymövsümündə sərnişinlərə geniş istiqamət seçimi təqdim edir. Aviaşirkətinmarşrut şəbəkəsində Aralıq dənizi sahillərinə uçuşlar, regional istiqamətlər vəvizasız marşrutlar xüsusi yer tutur.
Antalya, Batumi, Trabzon və İzmir kimi yayistirahəti üçün ən çox seçilən istiqamətlərlə yanaşı, Adriatik sahilinin məşhurkurort şəhərlərindən olan Tivat, eləcə də Şarm əl Şeyx kimi beynəlxalq turizm mərkəzləridə sərnişinlərin üstünlük verdiyi marşrutlar sırasında yer alır. AZAL-ın yaymövsümü üzrə marşrut şəbəkəsinə daxil olan istiqamətlərdən biri də MisirinAl-Alameyn şəhəridir. Aralıq dənizi sahilində yerləşən bu kurort şəhərinə reyslər28 avqust 2026-cı il tarixinə kimi həftədə 1 dəfə icra olunacaq və sərnişinlərəyay istirahəti üçün əlavə seçim imkanı yaradacaq.
Bundan əlavə, Azərbaycan Hava Yollarının2026-cı ilin yay mövsümü üçün yenidən açdığı Bodrum, Dalaman və Adana (Mersin)reysləri sərnişinlərin ailəvi istirahət, "all-inclusive" tətil və çimərlik təcrübəsiüçün marşrut seçimini daha da genişləndirir.
Mövsüm ərzində sözügedən şəhərlərə həyatakeçiriləcək reyslərin sayı aşağıdakı kimidir:
•Bodrum və Dalaman – həftədə 7reys
•Adana – həftədə 3 reys
Antalya şəhəri isə milli aviadaşıyıcının buyay sezonunda ən çox reys həyata keçiriləcək beynəlxalq kurort istiqamətidir.Belə ki, Bakı–Antalya–Bakı marşrutu üzrə həftədə 21 reys baş tutacaq.
Şəhər turizmi üçün seçilən istiqamətlər
Dəniz istirahəti ilə yanaşı, yay aylarında şəhərturizminə maraq göstərən sərnişinlərin sayı da artır. Paris, London, Barselona,Milan, Vyana, Praqa, Berlin, İstanbul, Moskva və Sankt-Peterburq kimi şəhərlərtarix, memarlıq, incəsənət və qastronomiya təcrübələri ilə seçilir. Əvvəlkisezonlarda olduğu kimi, sözgüedən mövsümdə də İstanbul şəhəri həftədə 17 uçuş həyatakeçirilməklə ən çox səyahət edilən şəhərlərdən biri olaraq qalır.
Bu istiqamətlər, eyni zamanda tək səyahət("solo trip"), qısa müddətli şəhər səfərləri və "city-break" planlayan sərnişinlərtərəfindən ən çox üstünlük verilən marşrutlar sırasındadır. Yay festivalları,canlı şəhər atmosferi və zəngin mədəni həyat Avropa şəhərlərini mövsümün ənpopulyar səyahət istiqamətlərindən birinə çevirir.
Yayın ruhunu hiss etdirən təbiət marşrutları
Son illərin səyahət tendensiyaları göstərirki, sərnişinlərin bir qismi klassik çimərlik və şəhər turizmindən fərqli olaraqtəbiətə daha yaxın istiqamətlərə üstünlük verir. Sakit atmosfer, açıq hava fəaliyyətlərivə təbii mənzərələr təqdim edən marşrutlar xüsusilə aktiv istirahət sevən səyahətçilərindiqqətini cəlb edir.
AZAL-ın Mərkəzi Asiya marşrut şəbəkəsinədaxil olan Almatı, Aktau, Astana, Bişkek və Səmərqənd, eləcə də Tbilisi vəBatumi kimi istiqamətlər eko-turizm, yürüş ("hiking") və açıq hava ("outdoor")fəaliyyətləri üçün ideal seçimlər hesab olunur. Bundan əlavə, Bakı–Tbilisi–Bakımarşrutu həftədə 42 uçuşla bu sezon AZAL-ın ən çox reys icra edəcəyi beynəlxalqistiqamət olacaq.
Bununla yanaşı, Azərbaycan Hava YollarınınQazaxıstanın Şımkent şəhərinə açdığı reyslər də aktiv istirahətə üstünlük verənsəyahətçilər üçün yeni imkanlar yaradır. Şımkent reysləri 16 iyun tarixindənetibarən həftədə 3 dəfə həyata keçirilir.
Şərqin rəngləri və ekzotik marşrutlar
Fərqli mədəniyyətləri və yeni səyahət təcrübələrinikəşf etmək istəyən sərnişinlər üçün Pekin, Delhi, Mumbay, Lahor və İslamabadkimi şəhərlər yay mövsümünün diqqət çəkən istiqamətləri sırasında yer alır.
İstər dəniz sahillərində rahat istirahət,istər Avropanın canlı şəhər atmosferi, istərsə də fərqli mədəniyyətləri kəşfetmək üçün planlaşdırılan səfərlər yay mövsümündə hər bir səyahətçi üçün yeni təcrübələrvə unudulmaz xatirələr vəd edir. Azərbaycanın milli aviadaşıyıcısı isə genişmarşrut şəbəkəsi və rahat uçuş imkanları ilə sərnişinlərə bu yayı dünyanın müxtəlifistiqamətlərində qarşılamaq imkanı yaradır.
Yay sezonu üzrə reys cədvəli və biletlərhaqqında ətraflı məlumatı aviaşirkətin rəsmi vebsəhifəsi və mobil tətbiqi vasitəsilə əldə etməkmümkündür. / azxeber.com

İqtisadiyyat       Tarix: 01 iyul 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.45% artaraq 4.167 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.57% bahalaşaraq 56.19 AB

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər bugünki xəbərlər son xeberler bugun 2026 canli son xeber 2026