Yayın istilərində ürək sağlamlığı üçün 5 həyati xəbərdarlıq
Yay aylarının başlaması ilə birlikdə temperatur və rütubətin artması xüsusilə ürək-damar sağlamlığı üçün risk yaradır.
azxeber.com-un Demokrat.az-a istinadən məlumatına görə, kardiologiya mütəxəssisi Dr. Mehmet Gültekin Erçan bildirib ki, həddindən artıq isti və rütubətli hava orqanizmin istilik balansını qorumaq üçün damarların genişlənməsinə və tərləmənin artmasına səbəb olur. Bu proses ürək döyüntüsünü və pompalanan qan həcmini artıraraq ürəyin iş yükünü yüksəldir.
Mütəxəssis qeyd edib: "Bu vəziyyət təkcə ürək xəstələri üçün deyil, ümumilikdə hər kəs üçün diqqət tələb edir. Xüsusilə günün 15:00-a qədər olan saatlarında açıq havada qalmaqdan çəkinmək vacibdir".
1. Koronar damar xəstəliyi olanlar daha diqqətli olmalıdır
İsti havalarda tərləmə nəticəsində maye itkisi və qanın qatılaşması infarkt riskini artıra bilər. Dr. Erçan bildirib: "Bədən istiliyini tənzimləmək üçün artan tərləmə maye və elektrolit itkisinə səbəb olur. Bu isə təzyiqin enməsinə, ürəyin kompensator olaraq daha sürətli işləməsinə gətirir. Koronar damar xəstəliyi olan şəxslərdə bu vəziyyət infarkt və ritm pozğunluğu riskini yüksəldə bilər".
2. Maye itkisini kompensasiya edin
İsti günlərdə xüsusilə hipertoniya xəstələrinin diqqətli olması vacibdir. Mütəxəssis qeyd edib: "Tərləmə ilə itirilən maye və elektrolitlər vaxtında bərpa olunmazsa, təzyiq dalğalanmaları yarana bilər. Buna görə su və mineral balansının qorunması vacibdir".
3. Dərman rejiminizi yoxlayın
İsti hava ürək dərmanlarının təsirinə və orqanizmdə paylanmasına təsir göstərə bilər. Dr. Erçan bildirib: "Xüsusilə güclü istilərdə maye itkisi artır. Ürək xəstələri dərman dozasını həkim məsləhəti olmadan dəyişməməli, azaltmamalı və ya dayandırmamalıdır".
4. Düzgün geyim və qorunma üsullarından istifadə edin
Yay aylarında açıq rəngli, pambıq və yüngül geyimlər seçilməlidir. Günəş şapkası və eynəkdən istifadə tövsiyə olunur. Mütəxəssis bildirib: "Kölgədə istirahət etmək, mütəmadi su içmək və fiziki aktivliyi günün sərin saatlarına planlaşdırmaq ürək sağlamlığını qorumağa kömək edir".
5. Təcili vəziyyətlərə hazır olun və diqqətli davranın
Ürək xəstələrinin yanında mobil telefon olmalı, təcili əlaqə üçün yaxın şəxslərin nömrələri əlçatan saxlanmalıdır. Dr. Erçan qeyd edib: "İsti havada spirtli və kofeinli içkilərin məhdudlaşdırılması tövsiyə olunur. Gəzinti zamanı tez-tez kölgədə və sərin yerlərdə fasilə verilməlidir. Bu tədbirlər isti ilə bağlı riskləri azalda bilər".

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?