Yeddi nəfərə qarşı 80 min manatlıq dələduzluq edilib
Yeddi nəfərə qarşı 80 min manatdan çox dələduzluq edən şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Qabil Seyidov müxtəlif şəxsləri ayrı-ayrı məsələləri həll edəcəyinə inandıraraq onların pullarını ələ keçirməkdə ittiham olunub. Belə ki, o, bir tanışının həyat yoldaşını Sumqayıt şəhərindəki uşaq incəsənət məktəbinə direktor vəzifəsinə təyin etdirəcəyini vəd edərək ondan ümumilikdə 31 min manat alıb. Digər bir şəxsə Sumqayıtda yerləşən şəhərcikdən ev veriləcəyini vəd edərək 26 min manat pul alıb.
Qabil Seyidov başqa şəxsə məhkəmədə baxılan cinayət işi üzrə həbslə bağlı olmayan cəza təyin etdirəcəyini vəd edərək ondan 15 min manat, digər zərəçəkənin qohumunu isə müəyyən cinayət işi üzrə həbsdən azad etdirəcəyini vəd edərək 1 500 manat pul alıb.
Bundan başqa, o, bir şəxsin keçmiş həyat yoldaşının evdən çıxarılmasına kömək edəcəyi, başqa şəxsin keçmiş arvadını valideynlik hüququndan məhrum etdirərək uşaqlarının əlindən alınacağı barədə də vədlər verib.
Qabil Seyidov zərərçəkənlərin şikayətləri əsasında saxlanılıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Sumqayıt Apellyasiya Məhkəməsi təqsirləndirilənin iki azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərdən birinə dəymiş ziyanın ödənilməsini və digər yüngülləşdirici halları nəzərə alaraq onun şikayətini qismən təmin edib. Q.Seyidovun cəzası 6 ay azaldılıb. Həbsdə saxlanıldığı müddət nəzərə alındıqdan sonra onun üzərində qəti olaraq 3 il 3 ay 12 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
///apa / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar