Yelo Bank Aİ üzvlərinin yekdil qərarı ilə 23 iyul tarixində sanksiya siyahısından çıxarıldı
Yelo Bank Avropa İttifaqının sanksiya siyahısından rəsmi qaydada çıxarılıb.
azxeber.com xəbər verir ki, Avropa Komissiyasının Bank ilə bağlı sanksiya məsələsinə yenidən baxılma proseduru qısa müddət ərzində uğurla başa çatıb. 100% yerli kapitala malik Azərbaycan bankı olaraq, Yelo Bank fəaliyyətini hər zaman ölkə qanunvericiliyinə və beynəlxalq standartlara tam uyğun şəkildə qurub və bundan sonra da beynəlxalq tələblərə uyğun olaraq iş proseslərini davamlı təkmilləşdirməyə davam edəcək.
Bu müddət ərzində göstərdikləri etimad və loyallığa görə Yelo Bank həmçinin bütün müştərilərinə və tərəfdaşlarına səmimi təşəkkürünü bildirir. Müştərilərin etimadı və dəstəyi bu prosesin uğurla başa çatmasında ən böyük motivasiya mənbəyi olub. Qeyd edək ki, bu dövrdə mövcud müştərilərin sadiqliyi qorunub, eyni zamanda Bankın müştəri sayında əhəmiyyətli artım qeydə alınıb. Yelo Bank yüksək likvidlik və güclü kapital mövqeyini qoruyaraq bütün öhdəliklərini fasiləsiz və vaxtında yerinə yetirib.
Hazırda bəzi bank xidmətlərində yaranmış məhdudiyyətlərin tam bərpası istiqamətində işlər görülür. Bütün yeniliklər barədə müştərilər Bankın rəsmi kommunikasiya kanalları vasitəsilə operativ şəkildə məlumatlandırılacaq.
Yelo Bank "parlaq bankçılıq" fəlsəfəsinə sadiq qalaraq, müştərilərinə innovativ və sürətli xidmətlər təqdim etməyə, beynəlxalq əməkdaşlığını daha da genişləndirməyə və Azərbaycanın maliyyə ekosisteminin dayanıqlı inkişafına töhfə verməyə davam edəcək.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi