Yelo Bank-dan Aİ-nin 20-ci sanksiya paketində Yelo Bank-ın adının yer almasına MÜNASİBƏT

Yelo Bank-dan Aİ-nin 20-ci sanksiya paketində Yelo Bank-ın adının yer almasına MÜNASİBƏTAvropa İttifaqının (Aİ) 20-ci sanksiya paketində Yelo Bank-ın da adının yer almasına aydınlıq gətirmək istəyirik.
Yelo Bank fəaliyyətini hər zaman həm beynəlxalq, həm də Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun şəkildə qurur. Bank bu gün də ABŞ Maliyyə Nazirliyi (OFAC), Avropa İttifaqı və BMT-nin sanksiya rejimlərinə, habelə AML/CFT üzrə beynəlxalq standartlara və yerli tələblərə ciddi şəkildə riayət etməkdə davam edir.
Sözügedən qərar isə banklararası maliyyə mesajlaşma sistemindən istifadəyə dair sırf texniki xarakter daşıyır. Bankımız bu sistemə çox öncədən qoşulmuş olsa da, hazırda əməkdaşlığı rəsmi şəkildə dayandırıb və bu platforma üzərindən heç bir əməliyyat həyata keçirmir.
100% yerli kapitala malik Azərbaycan bankı olaraq, fəaliyyətimizin əsas məqsədi ölkədəki mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək vermək, əhaliyə gündəlik həyatlarını rahatlaşdıran bankçılıq həlləri təqdim etməkdir. Hal-hazırda Yelo Bank-ın maliyyə dayanıqlılığı yüksək səviyyədədir. İlin 1-ci rübün nəticələrinə əsasən, Bank həm gəlirlilik, həm kapital dayanıqlılığı üzrə artım dinamikasını qoruyub saxlayıb. Məcmu kapital 177 mln manata yüksəlib, məcmu kapitalın adekvatlıq əmsalı 13.48%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 11.69% olmaqla, hər iki göstərici üzrə requlyativ tələbləri üstələyir.
Bütün xidmətlərimiz və əməliyyatlarımız adi rejimdə davam edir.
Məsələnin yenidən nəzərdən keçirilməsi və ləğv edilməsi məqsədilə artıq aidiyyəti qurumlar və hüquqi instansiyalarla rəsmi işlərə başlanılıb. Əminik ki, bu anlaşılmazlıq ən qısa zamanda aradan qaldırılacaq. / azxeber.com

İqtisadiyyat       Tarix: 25 aprel 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bu gun son.xeberler cəbhədən ən son xəbərlər bugünki xəbərlər