Yelo Bank ilk rübdə faiz gəlirlərini 25% artırıb
Yelo Bank 2026-cı ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabat dövrünün nəticələrinə əsasən, Bank həm gəlirlilik, həm də kapital dayanıqlığı üzrə artım dinamikasını qoruyub saxlayıb. Rəqəmlərə nəzər yetirdikdə rüb üzrə əsas göstəricilər belədir:
2026-cı ilin ilk üç ayı ərzində Yelo Bank-ın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 25% artaraq 51 mln manata yüksəlib. Qeyri-faiz gəlirləri isə 2 mln manatı ötüb. Rüb ərzində Bank 6.6 mln manat xalis mənfəət əldə edib.
Ümumi kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 13% (120 mln manat) artaraq 1 mlrd 80 mln manata yüksəlib. Real sektorun dəstəklənməsini prioritet hesab edən Bank-ın biznes kredit portfeli 672 mln manat təşkil edir ki, bu da ümumi portfelin 62%-dən çox olmaqla mühüm hissəsini əhatə edir. İstehlak kreditləri üzrə portfel isə analoji dövrlə müqayisədə 15% (55 mln manat) artaraq rübün sonuna 410 mln manat olub.
Müştərilərin maliyyə tərəfdaşı olaraq Bank-a olan etimadı əmanət portfelinin həcmində özünü göstərir. Bankın əmanət portfeli ötən ilin ilk rübü ilə müqayisədə 16% (147 mln manat) böyüyərək 1 mlrd 60 mln manatı ötüb.
Məcmu kapital ilin əvvəli ilə müqayisədə artaraq 177 mln manata yüksəlib. Məcmu kapitalın adekvatlıq əmsalı 13.48%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 11.69% olmaqla, hər iki göstərici üzrə requlyativ tələbləri üstələyir.
Bankın ümumi aktivlərinin həcmi isə hesabat tarixinə 1 mlrd 513 mln manat səviyyəsindədir.
Yelo Bank ili yüksək templə başlayaraq maliyyə göstəricilərində artım dinamikasını qorumağa nail olub. Bank xüsusilə real sektorun, kiçik və orta sahibkarlığın dəstəklənməsini özünün strateji prioriteti hesab edir. Qarşıdakı dövrdə də Yelo Bank texnoloji həllərin tətbiqini sürətləndirməklə, müştərilərin maliyyə ehtiyaclarını müasir standartlara uyğun qarşılamağı və cəmiyyət üçün əlavə dəyər yaratmağı hədəfləyir.
Sərfəli kredit online şəkildə əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq! / azxeber.com

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb