Yelo Bank Qlobal Pul Həftəsinə 'Yelo Finance Talks' layihəsi ilə qoşulub
Dünyanın 170-dən çox ölkəsində qeyd olunan və uşaqların, gənclərin erkən yaşlarından maliyyə biliklərinə yiyələnməsini hədəfləyən "Qlobal Pul Həftəsi" (Global Money Week 2026) Azərbaycanda da start götürüb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) rəhbərliyi ilə keçirilən bu beynəlxalq kampaniyaya Yelo Bank "Yelo Finance Talks" layihəsi ilə aktiv dəstək verir.
Martın 22-dək davam edəcək "Puldan danışaq!" devizli kampaniya çərçivəsində Bank artıq ilk təlimlərini uğurla reallaşdırıb. Layihənin ilkin mərhələsində universitet tələbələri və gənc mütəxəssislərlə görüş keçirilib. Yelo Bank-ın daxili təlimçilərinin rəhbərliyi ilə baş tutan müzakirələrdə büdcənin idarə olunması, investisiyanın əsasları, rəqəmsal bankçılıq və maliyyə risklərindən qorunma yolları kimi aktual mövzular ətraflı təhlil edilib.
"Yelo Finance Talks" layihəsinin növbəti dayanacağı isə məktəblilər olub. Bankın baş ofisində qonaq olan əməkdaşların övladları üçün təşkil edilən təlim maraqlı oyunlar və interaktiv müzakirələrlə yadda qalıb. Kiçik mütəxəssislər pulun yaranma tarixi, istək və ehtiyacların fərqi, həmçinin büdcənin ağıllı planlanması kimi vacib bilikləri sadə və əyləncəli yolla mənimsəyiblər. Təlimdə həmçinin rəqəmsal dünyada maliyyə fırıldaqçılarından qorunma yolları da uşaqlara izah edilib.
Yelo Bank gənc nəslin daha düzgün maliyyə qərarları verməsinə kömək etmək və cəmiyyətdə iqtisadi biliklərin səviyyəsini artırmaq üçün bu cür maarifləndirici təşəbbüsləri daim diqqət mərkəzində saxlayır. Qeyd edək ki, 2012-ci ildən bəri keçirilən Qlobal Pul Həftəsi bu günədək dünya üzrə 71 milyondan çox gənci əhatə edərək onların parlaq gələcəyi üçün mühüm təməl rolunu oynayıb.
Bank xidmətləri, o cümlədən depozit faizleri haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq! / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb